Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Ermənistan prezidentinə ‘iki pasporta’ görə iş açıldı


Prezident Armen Sarkisyan
Prezident Armen Sarkisyan

Ermənistan Vəkillər Palatasının sədri Ara Zoqrabyan deyib ki, ikili vətəndaşlıq faktını gizlətdiyinə görə prezident Armen Sarkisyan barəsində cinayət işi qaldırılıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Zoqrabyan xatırladıb ki, bundan əvvəl bu faktla bağlı 53 vəkil müraciət edib.

Buna baxmayaraq indiyədək Ermənistanın Xüsusi İstintaq Xidməti cinayət işi açmaqdan imtina edirdi. Vəkillər bu səbəbdən rəsmi şikayət yazıblar.

Vəkillər Palatası mayın 3-də bildirib ki, Ermənistan Baş Prokurorluğu Armen Sarkisyan barəsində CM-nin 325-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq cinayət işi açıb.

CM-nin bu maddəsində söhbət “sənədlərin saxtlaşadırlmasından və onlardan istifadə edilməsindən” gedir.

Zoqrabyanın sözlərinə görə Baş Prokurorluğun qərarında deyilir ki, Armen Sarkisyanın Britaniya vətəndaşlığını 2011-ci ildə deyil, daha gec tarixdə dayandırması barədə iddialar təhqiq ediləcək.

Azatutyun yazır ki, Ermənistan Konstitusiyasına görə son altı ildə yalnız Ermənistan vətəndaşı olmuş şəxs prezident seçilə bilər.

2018-ci ildə Xetq qəzeti Britaniya Şirkətlər Reyestrindən alınmış çıxarışa əsasən yazmışdı ki, Sarkisyan 2014-cü ildə hələ də Britaniya vətəndaşı idi.

O vaxt jurnalistlərin suallarına cavab verən Armen Sarksiyan bildirmişdi ki, vətəndaşlıqla bağlı problemi yoxdur, çünki Britaniya vətəndaşlığından 2011-2012-ci illərdə imtina edib.

XS
SM
MD
LG