Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Paşinyanın namizədliyi rədd olunur


Nikol Paşinyan parlamentdə çıxış öncəsi
Nikol Paşinyan parlamentdə çıxış öncəsi

Prosedura görə, Paşinyanın namizədliyi ikinci dəfə rədd olunarsa, parlament buraxılacaq və Prezident Armen Sarkisyan gələn aya seçki təyin edəcək

Ermənistan parlamenti Baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın bu posta namizədliyini rədd edib. Bu, ölkədə vaxtından əvvəl parlament seçkiləri keçirmək üçün razılaşdırılmış addımdır.

Paşinyan aprelin 25-də istefa verərək parlament seçkilərinə yol açıb. Məqsəd Azərbaycanla ötənilki müharibədən sonra yaranmış siyasi böhranı aradan qaldırmaqdır.

Mayın 10-da parlamentin ikinci xüsusi sessiyası gözlənir. Prosedura görə, Paşinyanın namizədliyi ikinci dəfə rədd olunarsa, parlament buraxılacaq və Prezident Armen Sarkisyan gələn aya seçki təyin edəcək.

Paşinyan seçkiyədək baş nazir vəzifəsini icra edəcəyini, sonra isə seçkiyə qatılacağını bildirir.

Reytinq azalır

Bu yaxınlarda ölkənin Seçki Məcəlləsinə dəyişikliklər edilib və müxalifət bunun Paşinyanın qələbəsinə kömək niyyəti güddüyünü iddia edir.

Paşinyanın “Mənim addımım” alyansının hazırladığı dəyişikliklə nəticəsində ölkəyə tam proporsional sistemə keçilir.

İndiyədək seçkilərdə həm partiya və alyanslara, həm də fərdlərə səs verilirdi. Növbəti seçki isə yalnız partiya siyahısı üzrə keçiriləcək.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ermənistan müxalifəti müharibənin nəticəsinə görə Paşinyanı ittiham edərək istefaya çağırıb. Paşinyan martda gələn ay erkən seçki keçirməyə razılaşıb. O deyib ki, seçkinin iyunun 20-də keçirilməsini istıyir.

Rəy sorğuları Paşinyan hökumətinə ictimaiyyətin inamının kəskin azaldığını göstərir. Onun reytinqi 60 faizdən ötən ay 30 faizə düşüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG