Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:45

Separatçıların lideri Araik Arutyunyan dindirilib


Araik Arutyunyan
Araik Arutyunyan

Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyan 44 günlük müharibə ilə bağlı açılmış cinayət işi üzrə dindirilib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun mayın 3-də xəbər verir ki, bu barədə məlumatı onun özü Facebook səhifəsində verib.

O yazır ki, separatçı rejimin “prokurorluğu” onu şahid qismində dindirib.

Arutyunyanın verdiyi məlumata görə, onu konstitusiya quruluşunun devrilməsi maddəsi üzrə aparılan cinayət işi çərçivəsində dindiriblər:

“Bu işin son dərəcə mühüm olduğunu nəzərə alaraq suallar üzrə məndə olan bütün informasiyanı təqdim etdim və təsdiqlədim ki, gələcəkdə də istintaqda iştirak etməyə hazıram”.

Qarabağ separatçılarının başçısı bunu da yazır ki, tezliklə ictimaiyyətin bəzi suallarına cavab verəcək.

Bəzi məlumatlar qapalı qalacaq

Azatutyun yazır ki, Qarabağda fəaliyyət göstərən “Artsax irəli” və “Aykın nəsli” ictimai təşkilatları hələ ötən ilin 10 dekabrında separatçı rejimin “prokurorluğuna” 44 günlük müharibənin nəticəsində yaranmış vəziyyətə görə günahkar olanların məsuliyyətə cəlb olunması şikayəti ilə müraciət etmişdilər.

Azatutyun bildirir ki, hazırda üç cinayət işi qaldırılıb: “dövlətə xəyanət, konstituisya quruluşunun pozulması və insan tələfatına və başqa ağır nəticələrə səbəb olan xidməti səhlənkarlıq”.

Bu da qeyd olunur ki, hazırda bu iş üzrə müttəhim və şübhəli yoxdur, Araik Arutyunyan isə mayın 1-də ifadə verib.

Separatçı liderin sözçüsü Lusine Avanesyan Azatutyunun “bu iş üzrə ictimaiyyətə məlum olmayan nəsə varmı” sualına belə cavab verib:

“Təbii ki, belə hallar var. Amma özününz bilirsiniz ki, bunların bir hissəsi dövlət sirridir və ya dövlət sirri təşkil edən şəraitlə bağlıdır. Təbii ki, bu məlumatlar müəyyən vaxta qədər qapalı qalacaq”.

Xatırlatma

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG