Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:39

Qırğızıstanla Tacikistan sərhəddən əsgərləri geri çəkirlər


Batken regionu, 2 may, 2021-ci il
Batken regionu, 2 may, 2021-ci il

“Human Rights Watch” (HRW) dinc sakinlərə qarşı hərbi qanunların pozulmasıyla bağlı dərhal təhqiqat aparmağa çağırıb

Tacikistanın şimalındakı Suğd regionunda Fövqəladə Hallar Komitəsinin mayın 3-də bildirməsinə görə, toqquşmalar zamanı 14 ev dağıdılıb, iki bina və bir yardımçı tikiliyə ziyan dəyib. Məlumatda insan itkiləri haqda məlumat verilmir.

***

Qırğızıstan və Tacikistan ötən həftəki ölümcül toqquşmalardan sonra sərhəddən hərbi birləşmələrini geri çəkirlər. Məlumatı Qırğızıstanın Sərhəd Xidməti mayın 3-də yayıb.

Bu iki Orta Asiya ölkəsinin milli təhlükəsizlik rəsmiləri mayın 1-də görüşərək qoşunları çəkməklə bağlı razılığa gəliblər.

Qırğızıstan Sərhəd Xidməti ərazidəki vəziyyətin sakit və sabit olduğunu bildirir.


İtkilər

Qurumun məlumatına görə, tərəflərin müdafiə strukturlarının rəsmiləri “əlavə hərbi qüvvələr və avadanlığın tərk etdiyi ərazinin təftişini davam etdirirlər”.

Tacikistanın Dövlət Təhlükəsizlik Komitəsinin başçısı Saimumin Yatimov mayın 2-də Qırğızıstan daxilindəki Vorux eksklavına səfərdən sonra deyib ki, Tacikistan hərbi qüvvələri sərhəddən çəkilib.

28-29 aprel tarixlərində baş vermiş toqquşmalarda 34 qırğızıstanlının öldürüldüyü, 178 nəfərin xəsarət aldığı, 50 min nəfərin ərazini tərk etdiyi bildirilir.

Bişkek cənub-qərb Batken regionunda 78 evin, iki məktəbin, bir tibb ocağının, iki sərhəd məntəqəsinin, bir bağçanın, 10 yanacaqdoldurma məntəqəsinin, bir polis binasının, 8 mağazanın tamamilə dağıdıldığını bildirir.

Tacikistan hakimiyyəti hələlik, itkilər barədə rəsmi informasiya açıqlamayıb.

AzadlıqRadiosunun Tacikistan xidməti azı 16 vətəndaşın öldürüldüyünü, azı 90 nəfərin yaralandığını xəbər verir.

Zorakılıq necə başladı

Zorakılıq Vorux ətrafında supaylayıcı şəbəkə yaxınlığında nəzarət kamerasının quraşdırılmasına görə mübahisədən sonra başlanıb, hər iki ölkənin təhlükəsizlik qüvvələri işə qarışıb.

Qırğızıstan təhlükəsizlik rəsmiləri Tacikistan qüvvələrini qırğız kəndlərini MI-24 hücum helikopterlərindən atəşə tutmaqda suçlayıb.

Qırğızıstan Prezidenti Sadır Caparovun tacikistanlı həmkarı Emomali Rahmonla telefon söhbətindən sonra tərəflərin nümayəndə heyəti görüşüb.

Avropa Birliyi, ATƏT və Rusiya tərəfləri atəşkəsə hörmət etməyə çağırıb.

Həm Qırğızıstanda, həm də Tacikistanda Rusiyanın hərbi bazaları var.

“Human Rights Watch” (HRW) dinc sakinlərə qarşı hərbi qanunların pozulmasıyla bağlı dərhal təhqiqat aparmağa çağırıb.

970 km-lik Qırğızıstan-Tacikistan sərhədinin yarıya qədəri demarkasiya olunmayıb ki, bu da son 30 ildə gərginliyə səbəb olub.

XS
SM
MD
LG