Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:10

Qırğızıstan: Sərhəddə Tacikistan hərbi texnikasının hərəkəti qeydə alınıb


Qırğızıstan-Tacikistan sərhəddi

Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi mayın 1-də Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətin nisbətən gərgin olduğunu bildirir.

Məlumata görə, Tacikistan tərəfi Tort-Koço ərazisindəki yolu tamamilə bağlayıb. Bundan başqa Tacikistan tərəfdə sərhəd istiqamətində hərbi texnikanın hərəkətliliyi müşahidə olunmaqdadır.

Tacikistan tərəfi hələki məlumatları şərh etməyib.

Aprel 30-u axşam saatlarında nəqliyyat vasitələrinin keçidinin bərpa olunduğunu elan edilib. Bundan əlavə Vorux anklavını Tacikistanla birləşdirən yolun da açıldığı bildirilir.

Tacikistan-Qırğızıstan sərhədində yenidən toqquşma olub,ölənlər var
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00


Qırğızıstan Sərhəd Xidmət ötən gecə ərazidə heç bir insident və ya atışma qeydə alınmadığını xəbər verir.

Aprel 28 və 29-da Qırğızıstan və Tacikistan sərhədində silahlı qarşıdurma baş verib və nəticədə onlarla ölən və yaralanan olub. Təxminən sərhəd bölgəsində olan 10 yaxın kəndə zərər dəyib, evlər və digər obyektlər yandırılıb. 20 mindən çox insan təxliyyə edilib.

Münaqişə 28 apreldə Qırğızıstan və Tacikistanın sərhəd kəndlərinin sakinləri arasında Batken vilayətinin Kok-Tash kəndi yaxınlığında, Golovnoy su paylama mərkəzi ərazisindəki insidentlə başlayıb. Aprel 29-da vəziyyət kəskinləşib və iki ölkənin hərbçiləri arasında gecə yarısına qədər davam edən atışmaya səbəb olub.

Qırğızıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin son məlumatlarına görə, qurbanların sayı 154 nəfər olub, onlardan 31 nəfər ölüb. Tacikistan hakimiyyəti hələlik qurbanlarla bağlı məlumat yaymayıb. Radio Ozodi jurnalistləri, 4 hərbçi daxil olmaqla ən azı 12 Tacikistanın vətəndaşının öldürüldüyünü aşkarlayıb.

Sovetdən qalma mübahisə

Supaylayıcı məntəqəyə yaxın kəndlərin sakinləri arasında münasqişələr ötən əsrin sonlarından başlayıb.

1974-cü ildə burada ilk silahlı üsyan qeydə alınıb. Qırğızısatn tərəfi bildirr ki, qarşıdurma tacik tərəfi məntəqəyə müşahidə videokamerası qoyandan sonra qızışıb.

Supaylayıcı stansiyanın həyətinə 100-150 nəfər yığılıb. Onlar əvvəlcə bir-birlərini daşa basıblar.

AzadlıqRadiosunun Qırğız xidmətinin məlumatına görə bundan sonra atəş açılıb.

XS
SM
MD
LG