Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:42

Zemana etiraz edirlər


Praqada etiraz aksiyası

Praqada minlərlə insan Prezident Miloş Zemana etiraz aksiyasına çıxıb, onun vəzifədən uzaqlaşdırılmasını tələb edib, rusiyapərəst hesab etdikləri baxışlarına görə tənqid ediblər. Yürüş aprelin 29-da Vençeslas meydanında keçirilib.

Bu günlərdə Çexiya hökuməti Rusiyanın GRU hərbi kəşfiyyatının 2014-cü ildə sursat anbarında iki nəfərin ölümüylə nəticələnmiş partlayışa görə ittiham edib. Buna cavab olaraq Çexiya casus hesab etdiyi rusiyalı diplomatları ölkədən çıxarıb. Moskva da buna cavabında oxşar addım atıb.

Vəzifəsi əsasən protokol xarakterli olan Zeman isə aprelin 25-də televiziya ilə xalqa müraciətində hökumətin əksinə danışıb, partlayışın səbəbi haqda iki versiya olduğunu deyib. Onun sözlərinə görə, birinci versiya Rusiya kəşfiyyatı, ikinci isə sursatla səriştəsiz davranmaqla bağlıdır.

Zeman “Rusiyanın dezinformasiya səhifələrinin və Rusiya propoqandasının yaydığı nağılları danışır”, – aksiyanın təşkilatçılarından Bencamin Roll deyib.

Təxminən 10 min etirazçı senatdan Zemana qarşı xəyanət ittihamı irəli sürməyi tələb ediblər.

Şərhlər

XS
SM
MD
LG