Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 04:58

Moldovada erkən parlament seçkisi keçiriləcək


Maya Sandu parlamentin buraxıldığını eılan edir

Moldova Prezidenti Maya Sandu aprelin 28-də parlamenti buraxaraq iyulun 11-nə növbədənkənar seçki təyin edib. Bundan az öncə isə Konstitusiya Məhkəməsi ölkədə fövqəladə vəziyyəti ləğv edib.

“Konstitusiya Məhkəməsi Moldova vətəndaşlarının yeni parlament seçməsinin yolunu açdı”, – Sandu televiziya ilə brifinq zamanı deyib.

COVID-19-a yoluxmalarla mübarizə məqsədilə tətbiq olunmuş fövqəladə rejim ölkədə seçki olmasına imkan vermirdi.

Qərbyönlü Sandu noyabrda Avropa Birliyinə yönəlik tezislərlə prezident seçilib. O, moskvapərəst, sosialistlərin üstünlük təşkil etdiyi parlamenti onun islahatlarını sabotaj etməkdə suçlayır. Prezident 101 yerlik qanunverici orqanda işlək çoxluq əldə etməkdən ötrü
bir neçə dəfə erkən seçki keçirməyə cəhd edib.

3.5 milyon əhalisi olan Moldova Avropanın ən yoxsul ölkələrindəndir. Ölkə Rusiyaya və Avropa Birliyinə meylli qüvvələr arasında bölünüb. İkincilər özəlliklə AB üzvü olan Rumıniya ilə yaxınlaşma tələb edirlər. 2-ci Dünya müharibəsinə qədər Moldovanın böyük hissəsi Rumıniyanın tərkibində olub, sonradan Sovet İttifaqına ilhaq edilib. Əhalisinin əksəriyyətini də etnik rumınlar təşkil edir.

Şərhlər

XS
SM
MD
LG