Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:05

Sosial media fəalının döyüldüyü deyilir 


İllüstrativ foto

Fəal Fuad Rəsulzadəni bir qrup şəxsin döydüyü bildirilir. Artıq sosial şəbəkələrdə bunun əks edildiyi bildirilən videolar da yayılıb.

"Danışa bilmir"

Bu barədə AzadlıqRadiosuna Rəsulzadənin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, fəal aprelin 28-də axşam saatlarında bir qrup şəxsin hücumuna məruz qalıb: "Möhkəm döyülüb, başına dörd tikiş qoyulub. Fuad ilkin həkim müayinəsindən keçdi, xoşbəxtlikdən daxili orqanlarında ciddi zədə yoxdur, amma özü hələ ki, danışa bilmir".

Fəalın yaxınları qeyd edib ki, hücum edənlər bunu İkinci Qarabağ müharibəsində həlak olan Xudayar Yusifzadə ilə bağlı statusla əlaqəli olduğunu bildiriblər.

F.Rəsulzadə son günlər Azərbaycan prezidenti ilə də bağlı status yazıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan"a bildirib ki, deyilən məsələ ilə bağlı araşdırma aparılır.

XS
SM
MD
LG