Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 03:29

Azərbaycan və Rusiya nazirləri danışıb 


Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov (solda) və Sergey Lavrov (Arxiv fotosu)

Bu gün, aprelin 27-də Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, tərəflər bölgədə hazırda mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri nəzərdən keçiriblər:

“O cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətini müzakirə ediblər”.

Açıqlamaya görə, nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Ötən il Azərbaycanla Ermənistan silahlı qüvvələrinin təmas xəttində başlayan 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində rəsmi Bakı Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən Laçın dəhlizində və təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.Bu il yanvarın 11-də də Moskvada növbəti üçtərəfli bəyanat imzalanıb.

Orda isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutulur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

XS
SM
MD
LG