Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 09:22

Britaniya rusiyalılara sanksiyalar elan edir


Sergey Maqnitski
Sergey Maqnitski

Britaniya aprelin 26-da özünün sanksiya siyahısına 11 il bundan əvvəl vəfat etmiş hüquqşünas Sergey Maqnitskinin polis təcridxanasında ölümü ilə bağlı 14 Rusiya vətəndaşının adlarını əlavə edib.

Maqnitski Rusiya büdcəsindən oğurlanmış 230 milyon dollarla bağlı təhqiqat aparırdı.

Sanksiyalar Britaniyanın ABŞ-ın Maqnitski qanununun analoqu olan qanununa uyğun müəyyən edilib.

Çirkli pulların yuyulmasına qarşı 2018-ci ildə qəbul edilmiş bu qanun yalnız Britaniyanın Avropa İttifaqından çıxması ilə qüvvəyə minib.

Sanksiya siyahısına salınanların siyahısı Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

Bu siyahıda cəmi 22 nəfər var. Rusiyalılardan başqa siyahıda Birləşmiş Ərəb Əmirliklərinin 5 vətəndaşı, Honduras, Nikaraqua və Qvatemalanın vətəndaşları yer alıb.

Onlar korrupsiyada və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

“Maqnitski şübhəliləri”

Sanksiya siyahısına salınan rusiyalıların adları Maqnitskinin təqibi ilə bundan əvvəl aparılmış təhqiqat materiallarında da var.

Siyahıya, məsələn keçmiş müstəntiq Pavel Karpovun, Moskva polis idarəsinin vergi cinayətləri departamentinin keçmiş rəis müavini Artyom Kuznetsov, federal vergi xidmətinin müfəttişi Olqa Stepanova, onun keçmiş əri Vladlen Stepanov, Moskva prokurorluğunun müstəntiqi Stanislav Qordiyevski və başqalarının adları salınıb.

Sanksiyalar adları çəkilənlərin aktivlərinin dondurulmasını və onların Britaniyaya səfərinin qadağanını nəzərdə tutur.

Britaniya belə sanksiya mexanizimindən ilk dəfədir ki, istifadə edir.

Maqnitskinin keçmiş həmkarı, maliyyəçi Bill Brauder Londonun bu addımını alqışlayıb.

Brauder ABŞ-da və bir sıra başqa ölkələrdə “Maqnitski qanunlarının” qəbulunda yaxından iştirak edib.

Rusiya büdcəsindən oğurlanmış külli miqdarda pulun xaricə çıxarılmasının mexanizmini ifşa etdiyini iddia edən Sergey Maqnitski Rusiyada Brauderin Hermitage Capital fondunun vergidən yayınması ittihamı ilə həbs olunmuşdu.

O 2009-cu ildə Moskvadakı “Matrosskaya tişina” həbsxanasının təcridxanasında ölüb.

Brauder və Maqnitskinin ölümündə təqsirli olanların təqibinin başqa təşəbbüsçüləri iddia edirlər ki, məhbusa lazımi tibbi yardım göstərilməyib və o əslində bilərəkdən ölmək dərəcəsinə çatdırılıb.

2012-ci ildə ABŞ-da qəbul edilmiş Maqnitski qanunu Rusiyada insan haqlarının pozulmasında şübhəli bilinənlətrə sanksiyalar qoymaq imkanı verir.

Sonradan bu qanunun coğrafiyası genişləndirilib və o dünya miqyasında bilavasitə Maqnitski işi ilə bağlı olmayanlara da tətbiq edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG