Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:56

Yalandan peyvənd vurmağa görə cinayət işi açılıb


COVİD19 peyvəndi necə təsir edir? Bakıda kiçik sorğu
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

COVİD19 peyvəndi necə təsir edir? Bakıda kiçik sorğu

Azərbaycanda vaksinasiya prosesində qanunsuz əməllərlə bağlı cinayət işinin açıldığı bildirilir.

Bu barədə bu gün, aprelin 26-da Baş Prokurorluq məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 18 saylı Birləşmiş şəhər Xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb: "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır".

Açıqlamaya görə, həmin xəstəxananın vəzifəli şəxsləri ilə tibb qeydiyyatçılarının qabaqcadan əlbir olub pul əvəzində ayrı-ayrı vətəndaşların guya COVID-19 pandemiyası əleyhinə peyvənd olunmaları barədə saxta sənədlər tərtib etmələrinə əsaslı şübhələr yaranıb: "...cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir".

Açıqlamada konkret ad çəkilmir. Bu açıqlamaya 18 saylı Birləşmiş şəhər Xəstəxanasının rəhbərliyi və başqa cavabdeh şəxslərdən münasibət almaq mümkün olmayıb.

Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya yanvarın 18-də başlanıb. İndiyə kimi 1.4 milyon şəxsin peyvənd olunduğu açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 313 min 6 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 4 min 371 nəfərin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG