Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:05

İcra başçısı işdən çıxarıldı


A.Məmmədov və İ.Əliyev

Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı bu gün, aprelin 27-də prezident İlham Əliyev sərəncam verib.

A.Məmmədov bundan əvvəl Azərbaycan Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

O, prezidentin 2014-cü il oktyabrın 8-də imzaladığı sərəncam ilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Şəmkirdə əməliyyat keçirildiyi deyilir

Bu gün, aprelin 26-da hüquq-mühafizə orqanlarının Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirdikləri bildirilir.

Rayon sakinlərinin verdiyi məlumata görə, əməliyyat nəticəsində saxlananlar var. Amma, hələlik, bu məlumatı Şəmkir rayon İcra Hakimiyyəti və başqa rəsmi qurumlardan dəqiqləşdirmək cəhdləri nəticə verməyib.

Son illər Azərbaycanda hüquq-mühafizə orqanları bir sıra rayonların icra hakimiyyətlərində əməliyyatlar keçiriblər. Bir neçə icra başçısı rüşvət və başqa ittihamlarla həbs edilib.

Həbs edilən həmin icra başçıları və ya vəkillərindən ittihamlara ayrılıqda münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG