Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:05

Hündür binada fəhlə yıxılaraq ölüb


Tikinti

Aprelin 25-i Abşeron rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada bir fəhlənin yıxılaraq öldüyü bildirilir.

Bu barədə aprelin 26-da Baş Prokurorluq məlumat yayıb.

Açıqlamaya görə, Bakı-Sumqayıt yolunun 17-ci km-də tikilməkdə olan çoxmərtəbəli binada 1997-ci il təvəllüdlü fəhlə binanın 14-cü mərtəbəsindən yıxılıb və hadisə yerində ölüb: "Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir".

Məlumatda tikintini aparan qurumun adı çəkilmir. Açıqlamaya tikintiyə məsul şəxslərdən və vəfat edən fəhlənin yaxınlarından münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG