Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 04:38

Hindistanda yeni koronavirus dalğası: insanlar həkim növbəsində ölürlər


Hindistan, 23 aprel 2021

Aprelin 20-dən bəri Hindistanda 1 milyondan çox adam koronavirusa yoluxub. Aprelin 24-də ölkədə təxminən 350 min yeni yoluxma qeydə alınıb. Cümə və şənbə, gündəlik ölüm sayı 2500-ü keçib.

Mətbuatda yayılan məlumatlara görə, artıq Hindistanda xəstəxanalar yoluxanları qəbul etmək gücündə deyillər. Virusa yoluxmuş adamlar saatlarla xəstəxanaların qapısında gözləməli olurlar.

Hətta bəzi adamların elə xəstəxana qapısında gözləyərkən vəfat etdiyi bildirilir. Bir müddət əvvəl xəstəxanaya yerləşdirilənlər tam müalicə olunmadan evə buraxılır ki, xəstəxanalar yeni koronavirusa yoluxanları qəbul edə bilsin. Bundan başqa oksigen aparatları da çatışmır.

Everest rayonunda bir avropalı alpinistdə koronavirus aşkarlanması hakimiyyət nümayəndələrini ciddi narahat etməkdədir. Beləki rəsmi qurumlar hesab edirlər ki, bir illik fasilədən sonra yenicə açıq elan edilən turizm mövsümü yenidən təhlükə altına düşə bilər.
Koronavirus pandemiyası başlayandan bəri Hindistanda 17 milyona yaxın adamda COVİD-19 aşkarlanıb, 192 mindən çox adam vəfat edib. Koronavirusa yoluxma sayına görə, Hindistan dünyada ABŞ-dan sonra ikinci yerdədir.

İndiyə qədər ölkə əhalisinin 1.5 faizi peyvənd olunub.

Şərhlər

XS
SM
MD
LG