Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:11

Meğri və Syunikdə Paşinyana etiraz edənləri polisə aparırlar (Video)


Paşinyanın yolunu kəsənlər həbs edilir: Yerevandan son xəbərlər
Gözlə

No media source currently available

0:00 0:14:40 0:00

Paşinyanın yolunu kəsənlər həbs edilir: Yerevandan son xəbərlər

Ermənistanın Meğri və Aqarak şəhərlərində baş nazirə qarşı etiraz aksiyaları ilə bağlı 23 nəfər saxlanıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi aprelin 23-də yayıb.

Məlumatda bildirilir ki, baş nazir Nikol Paşinyanın Syunik vilayətinə səfəri zamanı asayişi pozanlar barəsində xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq maddələri ilə cinayət işləri açılıb.

Aprelin 21-də elə bu işlə əlaqədar Meğri şəhərinin meri Mxitar Zakaryan saxlanıb.

İstintaq Komitəsi başqa saxlananların adlarını açıqlamır. Lakin media xəbərlərinə görə onların arasında Gorus merinin müavini Menua Ovsepyan da var.

Azatutyun yazır ki, aprelin 21-də Syunik sakinləri bölgəyə səfər edən Nikol Paşinyanı etirazlar, söyüş və təhqirlərlə qarşılamış, ondan Syuniki tərk etməsini tələb etmişdilər.

Aqarak və Meğridə isə bir qrup sakin baş nazirə və onu müşayiət edənlərə yaxınlaşaraq “Nikol satqındır” şüarları səsləndiriblər.

Onlar daha sonra yolları kəsiblər.

Yerevanda aksiyaçılarla polis arasında qarşıdurma olub
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Meğrinin meri İstintaq Komitəsinə çağırılıb

Azatutyun yazır ki, bundan sonra Qafana gələn Paşinyan vilayət administrasiyasında Milli Təhlükəsizlik Xidmətinin rəhbərinə, polis və İstintaq Komitəsinin başçılarına təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün qəti addımlar atmağı tapşırıb.

Meğri meri Mxitar Zakaryanın vəkili Qayane Papoyan deyib ki, onun müştərisinə qarşı hələki ittiham irəli sürülməyib.

Azatutyun yazır ki, Zakaryan etiraz aksiyasını təşkil etməkdə şübhəli bilinir.

Vəkilin dediyinə görə, onun təqsirini sübut edə bilmirlər.

Meğri meri onun barəsində cinayət işini “qondarma” saydığını bildirib.

Paşinyanı Megriyə buraxmırlar... O yenə seçiləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Qırmızıberetlilər

Azatutyun yazır ki, xuliqanlıq və hakimiyyət nümayəndəsinə zorakılıq maddəsi ilə cinayət işləri aprelin 22-də açılıb.

İstintaq Komitəsi bu iş üzrə dindirməyə Zakaryandan başqa kimlərin çağırıldığını açıqlamır.

Şurnux kəndinin icra nümayəndəsi Akop Arşakyan Azatutyuna xəbər verib ki, aprelin 22-də qırmızıberetlilər onun qardaşı Ararat Aqabekyanı evindən aparıblar.

Onlar saxlanmanın səbəbi və onu hara apardıqları barədə məlumat verməyiblər.

Azatutyun yazır ki, vəkil Qayane Papoyan İstintaq Komitəsində qolları qandallı Ararat Aqabekyanın videosunu çəkib.

Akop Arşakyan Azatutyuna deyib ki, üçtərəfli bəyanata uyğun olaraq sərhədlərin dəqiqləşdirilməsi zamanı onların evləri Azərbaycan ərazisinə düşüb.

Bundan bir gün əvvəl Akop Arşakyan jurnalistlərlə söhbətində Paşinyan haqqında sərt sözlər işlətmişdi. O Paşinyanı görə bilmədiyindən belə təəssüflənmişdi:

“Gecə vaxtı niyə gəlib? Azərbaycanlılar onu görməsinlər deyə, yoxsa o azərbaycanlıları görməsin deyə? İndi bizim sakinlər gözləyirlər. Deyirlər, qoy baş nazir gəlsin, hər şeyi onun üzünə deyək”.

Gorus merinin müavini sərbəst buraxılıb

Gorus şəhərinin mer müavini Menua Ovsepyan da İstintaq Komitəsinə çağırılıb. Bu barədə məlumatı merin başqa bir müavini İrina Yolyan verib.

Yolyan bunu da bildirib ki, Ovsepyan etiraz aksiyasında iştirak edib və iddia edildiyinə görə İstintaq Komitəsində ona bədən xəsarətləri yetirilib.

Syunikin keçmiş qubernatoru Vahe Akopyan jurnalistlərə deyib ki, aprelin 22-dən etiraz aksiyalarında iştirak etmiş onlarca vətəndaş qanunsuz olaraq saxlanıb.

Akopyanın sözlərinə görə, onların əksəriyyətini maşınlara oturdaraq qeyri-müəyən istiqamətdə aparıblar.

Polis rəisinin müavini Ara Fidanyan bu deyilənləri təkzib edib və bildirib ki, iş üzrə 2-3 nəfər saxlanıb.

Son məlumatlara görə Gorus merinin müavini sərbəst buraxılıb.

“Məlum dairələr” kimlərdir?

Bu arada hakim “Mənim addımım” fraksiyasından Armen Xaçatryan deyib ki, Nikol Paşinyanın Syunikdə reytinqlə bağlı heç bir problemi yoxdur.

Deputat baş naziri sözü gedən səfər zamanı müşayiət edənlərdən biri olub:

“Xuliqanlıq faktı olub, ictimai asayişin həyasızcasına pozulması faktları olub və bu faktlar üzrə cinayət işləri qaldırılıb”.

Paşinyan hökuməti baş nazirə qarşı aksiyaların “məlum dairələr” tərəfindən təşkil edildiyini bildirsə də, konkret adlar çəkilmir.

Azatutyun xəbər verir ki, Syunikin bütün böyük icmalarının başçıları ötən dekabrdan bəri Paşinyanın istefasını tələb edirlər.

Fevral ayında Meğrinin meri Mxitar Zakaryana qarşı cinayət işi qaldırılıb. O dövlət büdcəsinə 3 milyon 692 min dram (7 min dollar) ziyan vurmaqda günahlandırlır.

Şərhlər

XS
SM
MD
LG