Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Hökumət Paşinyana etirazları ‘məlum dairələrin’ hazırladığını bildirir (Video)


Ermənistanlı şəhçi:"Əliyevin "Zəngəzur çıxışı" Ermənistanda qorxu yaratdı"
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Ermənistanlı şəhçi:"Əliyevin "Zəngəzur çıxışı" Ermənistanda qorxu yaratdı"

“Aqarak və Meğridə baş verənlər məlum dairələr tərəfindən təşkil olunmuş hərəkətlərdir...”

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun məlumatına görə bunu özünün Facebook səhifəsində baş nazir Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan yazıb:

“Qafanda sakinlər baş naziri hərarətlə salamlayırlar. Amma Aqarak və Meğridə baş verənlər Aqarak və Meğri sakinləri ilə heç bir bağlılığı olmayan məlum dairələr tərəfindən təşkil edilib”.

Azatutyun yazır ki, baş nazir aprelin 20-dən Syunikdədir. Onun səfəri etirazlarla müşayiət olunur. Situasiya ara-sıra qızışır. Məsələn, Meğridə sakinlər baş nazirin hərəkətinə mane olublar və onun çıxıb getməsini tələb ediblər.

Bu da vurğulanır ki, Nikol Paşinyanın bölgəyə səfəri barədə əvvəlcədən xəbər verilməyib.

Polisin əhatəsində “gəzinti”

Azatutyun yazır ki, Paşinyan aprelin 20-də Şurnux kəndində olub. Bu yaşayış məntəqəsi sərhədlərin dəqiqləşdirilməsindən sonra həmsərhəd kəndə çevrilib.

Reportajda deyilir ki, elə Syunikdə də hakimiyyətdən narazılığın səbəbi sərhədlərin bu şəkildə dəqiqləşdirilməsidir. Bu bölgədə bəzi icma başçıları baş nazirin istefasını tələb ediblər.

Bu da qeyd olunur ki, Baş Prokurorluq Syunikdə baş verənlərlə bağlı polisə cinayət-prosessual materiallarının hazırlanmasını tapşırıb.

Azatutyun yazır ki, Syunik sakinlərinin hiddət və tələblərinə rəğmən Paşinyan xüsusi təyinatlı polislərin əhatəsində Meğri küçələri ilə gəzintini davam etdirib.

Xəbər verilir ki, ara-sıra polislərlə sakinlər arasında toqquşmalar olub.

“Satqın” qışqıran da vardı, alqışlayan da...

Qafanda vilayət administrasiyasının qarşına toplaşmış kütlə baş naziri “Nikol satqındır!” sədaları ilə qarşılayıb.

Amma kütlənin arasında Paşinyanın tərəfdarları da vardıi. Onlar baş naziri əl çalaraq alqışlayıblar.

Xəbərlərdə deyilir ki, Qafanda sakinlər baş nazirlə söhbət edir və onun səfərinə şad olduqlarını deyirdilər.

Bu görüşlərdən birinin videosunu Paşinyanı bu səfərdə müşayiət edən vitse-spiker Alen Simonyan öz Facebook səhifəsində yerləşdirib. O videoya bu sözləri əlavə edib: “Hazırda Qafanda, təxribatlarsız”.

Azatutyun yazır ki, Şurnux kəndinin icra nümayəndəsi Akop Arşakyan baş nazirin kəndə gəlməsindən o gedəndən sonra xəbər tutub.

Arşakyan təəssüflənib ki, Paşinyana təhlükəsizliklə bağlı verəcəyi mühüm suallar vardı:

“Gecə vaxtı niyə gəlib? Azərbaycanlılar onu görməsinlər deyə, yoxsa o azərbaycanlıları görməsin deyə? İndi bizim sakinlər gözləyirlər. Deyirlər, qoy baş nazir gəlsin, hər şeyi onun üzünə deyək”.

Azatutyun yazır ki, bu Paşinyanın müharibədən sonra Syunikə ikinci səfər cəhdidir.

O birinci cəhdi ötən ilin dekabrında etmişdi. Onda Paşinyan Sisyandan o yana keçə bilməmişdi. Sisyan kilsəsində keşiş baş nazirin uzana qalan əlini tutmaqdan imtina etmişdi. Syuniklilər isə Gorusa gedən yolu bağlamışdılar. Paşinyan Yerevana qayıtmağa məcbur olmuşdu.

Ermənistanlı şərhçi: 'Əliyevin 'Zəngəzur çıxışı' Ermənistanda qorxu yaratdı'
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Etiraz təşkilatçılarına “iş açıldığı” xəbər verilir

Kavkazskiy Uzel saytı xəbər verir ki, Paşinyan etirazların təşkilatçılarına qarşı sərt tədbirlər görülməsinə göstəriş verib.

Syunikdə keçirilən görüşdə respublika polisinin rəisi Vahe Qazaryan və MTX-nin direktoru Armen Abazyan da vardı.

Sayt müxbirinin yazdığına görə Paşinyan deyib ki, Ermənistanda cəzasızlıq mühitinin meydan sulamasına yol vermək olmaz:

"Qanun pozuntusu baş verib. Mən ümid edirəm ki, hüquq-mühafizə orqanları çevik və sərt reaksiya verəcəklər və günahkarlar cəzalandırılaraq məsuliyyətə cəlb olunacaqlar”.

Bu da xəbər verilir ki, Syunikdə baş vermiş insidentlə bağlı xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq maddələri üzrə cinayət işlərinə başlanıb.

Bu maddələr üzrə pul cərimələri ilə yanaşı 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Azatutyun yazır ki, Nikol Paşinyan aprelin 21-də Syunikdəki hərbi hissələrdən birinə baş çəkib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG