Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:11

Müsavatçı təhdid edildiyini deyir 


Aziz Mamiyev - Musavat party member

Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Əziz Məmiyev özü və doğmlarının təqib olunduğu bildirir.

Məmiyev Azadlıq Radiosuna bildirib ki, bu hadisələr ötən ilin iyul ayından başlayıb və artıq kampaniya halını alıb:

"İlk öncə yataq görüntülərimin yayılacağ ilə təhdid edildim. İndi isə bütün qırmızı xəttləri keçdilər. Mən ailəli idim, bir neçə ay davam edən təqib prosesindən sonra ailəmi dağıtdılar, biz ayrıldıq. Amma yenə əl çəkmirlər. İndi isə övladımın anası ilə getdiyi yerlərdən, parkda gəzintiyə çıxdığı ərazilərdən yaxın məsafədən arxadan fotolarını çəkib mənim oğurlanmış profilimdən özümə göndərirlər, əxlaqsız yazılar yazırlar ".

Məmiyev hesab edir ki, o, fəal olduğuna görə təqib olunur:

"Mən bütün aksiyalarda iştirak edirəm, aksiyaları təşviq edirəm. Bəlkə bununla bağlıdır".

Rəsmi şikayət edəcək

Müsavatçı gənc hesab edir ki, bunun arxasında ölkənin bəzi güc strukturları dayanır:

"Güc strukturlarından biz müxalifətçiləri sındırmaq üçün istifadə edirlər. Xüsusi xidmət orqanları bizləri susdurmaq üçün yatağımızı pusur, ailə üzvlərimiz haqqında qeyri qanuni olaraq əməliyyat axtarış tədbirləri həyata keçirib addım-addım izləyirlər".

Fəal deyir ki, məsələ ilə bağlı rəsmi qurumlara müraciət edəcək:

"Dövlət Təhlükəsizliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə, Prezident Administrasiyasına rəsmi müraciət edəcəm ..."

Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq insanların dinc siyasi faəliyələriniə görə,özləri və yaxınların təqib edilməsi ilə bağlı iddiaları qəbul etmirlər.

Şərhlər

XS
SM
MD
LG