Oqtay Şirəliyev Azərbaycanın səhiyyə naziri vəzifəsindən azad edilib.
Bununla bağlı bu gün, aprelin 23-də prezident İlham Əliyev sərəncam verib.
Prezidentin başqa bir sərəncamı ilə Teymur Musayev Azərbaycan səhiyyə nazirinin birinci müavini təyin edilib. Daha sonra da dövlət başçısı səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətini T.Musayevə verib.
Xatırlatma
O.Şirəliyev bu vəzifəyə 2005-ci ildə təyin edilib. Onun sələfi Əli İnsanov həmin il bir sıra ağır cinayətlərdə ittiham olunaraq həbs edilmişdi.
T.Musayevin isə indiyə qədər Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışdığı bildirilir.