Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Rusiya qoşunlarını geri çəkir


Rusiya əsgərləri aprelin 22-də Krım təlimlərində
Rusiya əsgərləri aprelin 22-də Krım təlimlərində

Müdafiə naziri Sergey Şoyqu ilhaq edilmiş Krımda və Rusiyanın cənubunda keçirilən geniş hərbi manevrlərin ardınca Rusiya qoşunlarının daimi dislokasiya yerlərinə qayıtmasını əmr edib.

Rusiyanın Ukrayna sərhədi boyunca və Krımda böyük qoşun cəmləşdirməsi Kiyevin və Qərbin həftələrlə davam edən narahatlığına səbəb olmuşdu.

RIA Novosti agentliyinin aprelin 22-də yayılmış xəbərində deyilir ki, naziq qəfil təlimlərdə yoxlanış və hazırlığın tam başa çatdırılması təmin edildiyini bildirib.

Şoyqu bunu da deyib ki, cənub və qərb hərbi regionlarında təftiş başa çatıb və qoşunlar mayın 1-dək daimi xidmət bazalarına qayıtmalıdırlar.

NATO da manevrlərə başlayır

Rusiya müdafiə naziri deyib ki, Krımda keçirilən manevrlərdə 60 gəmi, 10 min hərbçi, 200-dək təyyarə və 1200 ədəd zirehli texnika iştirak edib.

Lakin Rusiya, Ukrayna sərhədi boyunca toplanmış qoşunların ümumi sayı barədə heç bir məlumat vermir.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell aprelin 19-da Rusiyanın bu bölgəyə təxminən 100 minlik əsgəri qüvvə cəmləşdirdiyini demişdi.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba aprelin 20-də daha böyük rəqəm səsləndirmişdi.

O demişdi ki, Ukrayna istiqamətində cəmləşdirilən Rusiya hərbçilərinin sayı 120 mindən çoxdur.

Ukraynada ehtiyatda olan hərbçilər təlim məşqlərinə başlayıb
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Şoyqu bildirib ki, Rusiya qoşunları NATO-nun Defender-Avropa 21 təlimlərində yarana biləcək hər hansı “xoşagəlməz” hallara hazır olmalıdır.

Defender 21 təlimləri ABŞ-ın rəhbərliyi altında NATO-nun hər il Avropa və Afrikanın 26 ölkəsində keçirilən illik manevrlərdir. Bu təlimlərdə keçmiş sovet respublikalarından Estoniya da iştirak edir.

Kiyevə və Qərbə xəbərdarlıq

Rusiya qoşunlarının cəmləşdirilməsinə Ukraynanın şərqində hökumət qoşunları ilə moskvayönlü separatçılar arasında atəşkəs pozulduqdan sonra başlanmışdı.

Birləşmiş Ştatlar və NATO bildirirdi ki, bu, 2014-cü ildən bəri Rusiya qoşunlarının ən böyük cəmləşdirilməsidir.

Krım manevrlərində yarımadaya 2000 paraşüt desantı və 60 hərbi maşın çıxarılmışdı. Aprelin 22-də keçirilən manevrlərdə aviasiya da iştirak edirdi.

Bu da xəbər verilir ki, Şoyqu manevrlərə helikopterdən Opuk atış xətti üzərindən tamaşa edib.

Rusiya ötən həftə bəyan etmişdi ki, Qara dənizin Krım yaxınlığındakı hissəsi noyabr ayınadək xarici gəmilər üçün bağlı olacaq.

Ukrayna və Qərb bu bəyanata etiraz bildirmişdilər.

Moskva habelə Kiyevə ölkənin şərqində separatçıların nəzarətində olan ərazilərin hərbi güc yolu ilə geri alınmasına cəhd göstərməməsi üçün xəbərdarlıq edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG