Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:08

Taliban hücumlarında azı 12 nəfər öldürülüb


Arxiv fotosu

Əfqanıstanda ötən gecəki hücumlarda azı 12 təhlükəsizlik əməkdaşı öldürülüb. Bu haqda yerli rəsmilər aprelin 20-də məlumat yayıb.

Ölkənin şimalındakı Badaxşan vilayətində polis məntəqəsinə hücumda azı səkkiz polis əməkdaşı öldürülüb, iki nəfər yaralanıb. Yaraqlıların da itki verdiyi bildirilir.

Qərbi Herat vilayətində isə azı iki təhlükəsizlik əməkdaşı öldürülüb, 15 nəfər yaralanıb. Polis qərargahına bomba qoyulmuş avtomobillə intiharçı hücumu həyata keçirilib.

Paytaxt Kabildə bir polis və onun sürücüsünü naməlum silahlıları öldürüb.

Taliban həm polis məntəqəsinə, həm də intiharçı hücumuna görə məsuliyyəti götürüb. Hökumət rəsmiləri də qruplaşmanı ittiham edib.

ABŞ Prezidenti Co Bayden ötən həftə elan edib ki, ABŞ əsgərləri sentyabrın 11-dək Əfqanıstandan çıxarılacaq. Daha öncəki ABŞ administrasiyası ilə Taliban mayın 1-cən razılaşma əldə etmişdi.

Taliban bu dəyişikliyə cavab olaraq Türkiyədə aprelin 24-nə planlaşdırılan yüksək səviyyəli sülh konfransına qatılmayacağını bəyan edib.

Media məlumatlarına görə, Pakistan, Qətər və Türkiyə Talibana danışıqlara getməsi üçün təzyiq göstərir.

Şərhlər

XS
SM
MD
LG