Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:14

Anar Məhərrəmov geri çağırıldı


A.Məhərrəmov

Anar Məhərrəmov Azərbaycanın İspaniya Krallığında, Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyev bu barədə bu gün, aprelin 19 -da sərəncam imzalayıb.

Dövlət başçısının başqa bir sərəncamı ilə Ramiz Həsənov Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. R.Həsənov prezidentin sərəncamı ilə Azərbaycanın xarici işlər nazirinin müavini vəzifəsindən isə azad edilib.

A.Məhərrəmov Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovun oğludur. Ata Məhərrəmov isə 2018-ci ildə universitet rəhbərliyindən çıxarılıb. Keçmiş rektor və oğlunun adı həmin vaxt ölkə mətbuatında biznes məsələlərində hallanmışdı. Onda Azərbaycanın İspaniyadakı səfirliyi açıqlama yayaraq iddiaları böhtan adlandırmışdı.

"Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi, ölkəmizin digər diplomatik nümayəndəlikləri kimi, öz fəaliyyətini Azərbaycanın qanunvericiliyini, Azərbaycan Prezidentinin müvafiq sərəncam, fərman və tapşırıqlarını rəhbər tutaraq, eyni zamanda, Xarici İşlər Nazirliyinin təlimatlarına uyğun olaraq həyata keçirir", - səfirliyin açıqlamasında qeyd edilirdi.

XS
SM
MD
LG