Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:01

Şagirdlərin problemi həll edilib


Təhsil Nazirliyi

Bu gün, aprelin 19-da bir qrup valideyn Bakıda Təhsil Nazirliyinin qarşısına toplaşıblar.

Onların toplaşmasına səbəb övladlarının məlumatlarının "Şagird-məzun" elektron sisteminə daxil edilməməsi üzündən həmin şagirdlərin buraxılış imtahanına buraxılmaması olub.

Təhsil Nazirliyindən "Turan"a verilən məlumata görə, həmin şagirdlərin problemi həll edilib.

Söhbət Bakı şəhəri 323 nömrəli orta məktəbin 32 nəfər XI sinif şagirdinin məsələsindən gedir. "Problem operativ şəkildə həll edildi", - nazirliyin mətbuat xidmətindən vurğulayıblar.

Qurumun məlumatına görə, həmin şagirdlər də buraxılış imtahanlarında iştirak edə biləcəklər.

XS
SM
MD
LG