Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Qızıl mədənlərini araşdıran fəalın qıçını sındırıblar


İldar Yumagulov
İldar Yumagulov

Həmkarı İlsir İrnazarov radioya deyib ki, naməlum şəxslər hücumdan bir neçə həftə öncə Yumagulov və maşınını izləməkdə şübhəli biliniblər

Rusiyanın Başqırdıstan Respublikasında qanunsuz qızıl çıxarmanı araşdıran ekologiya fəalı Baymak şəhərində naməlum şəxslər tərəfindən bərk döyüldüyünü deyir.

İldar Yumagulov aprelin 18-də günorta polis şöbəsinin 200 metrliyində üç nəfər tərəfindən döyülüb, iki qıçı sındırılmış vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fəalın AzadAvropa/AzadlıqRadiosu-na deməsinə görə, qara paltarlı iki maskalı şəxs ona beysbol çubuğu ilə hücum ediblər. Onlardan qaça bilib, bu zaman üçüncü maskalı şəxs peyda olaraq onu yerə yıxıb və döyüblər.

“Onlar beysbol çubuğuyla ayaqlarıma vururdular. Qıçımın birini sındırıblar, sabaha əməliyyat planlaşdırılır”, – deyən Yumagulov hücum edənlər bircə kəlmə də danışmadıqlarını vurğulayıb.

Məqsəd “fəalları qorxutmaqdır”

Başqırdıstanın Daxili İşlər Nazirliyi hələlik, hücumlar bağlı şərh verməyib.

Yumagulov hücumu özünün Uraldakı qızıl mədənləri ilə bağlı fəaliyyəti ilə əlaqələndirir. Ekologiya fəalları və həmkarları qızıl çıxaran şirkətlərin ekoloji təhlükəsizlik qaydalarını pozduğunu deyirlər.

Həmkarı İlsir İrnazarov radioya deyib ki, naməlum şəxslər hücumdan bir neçə həftə öncə Yumagulov və maşınını izləməkdə şübhəli biliniblər.

“Əminik ki, hücum İldar Yumagulovun ictimai fəaliyyəti, vətəndaş mövqeyi ilə bağlıdır... Məqsəd İldarı və digər ekologiya fəallarını Uralda, ümumilikdə respublikamızda fəaliyyətdən çəkindirmək, qorxutmaqdır”, – İrnazarov söyləyb.

Yumagulov Başqırdıstanda qızılın nəzarətsiz çıxarılmasına qarşı fəaliyyət göstərirdi.

Son həftələr o, Baymak regionunda mədən işlətməyi planlaşdıran şirkətin mümkün planlarını öyrənməyə çalışırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG