Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

Tanınmış bloqeri döyüb xəstəxanalıq ediblər


Yeqor Jukov
Yeqor Jukov

Rusiya hökumətini açıq tənqid etməsilə tanınan bloqer və fəal Yeqor Jukov Moskvadakı evinin yaxınlığında naməlum şəxslər tərəfindən döyüləndən sonra xəstəxanaya yerləşdirilib.

Jukovun Komandası kimi tanınan siyasi təşkilat Facebook-da yazıb ki, fəal avqustun 30-da YouTube-da Maksim Kats ilə tok-şouda iştirak edəndən sonra hücuma məruz qalıb. Tok-şouda qonşu Belarusda davam edən etirazlar haqda fikirlərini bölüşüb. Belarusda 9 avqust prezident seçkisində Prezident Alyaksandr Lukaşenkanın səslərin 80 faizdən çoxunu yığdığı açıqlanandan sonra minlərlə insan nümayişlərə çıxır.

Həmkarlarının Facebook-da yerləşdirdiyi fotoda Jukovun üzündəki izlər onun bərk döyüldüyünü göstərir.

Yeqor Jukovun son fotosu
Yeqor Jukovun son fotosu

Fəalın həmkarı Yevgeni Ovçarov “Exo Moskvı” radiosuna deyib ki, Jukov axşam saat 10 radələrində Moskvada yaşadığı binanın yanında döyülüb.

Moskva polisinin avqustun 31-də bildirməsinə görə, hücum araşdırılır, döyülmə ilə bağlı cinayət işi açıla bilər.

Jukov nəyi tənqid edir

Jukov tok-şouda deyib ki, Belarusdakı etirazlar “dərsliyə salınası nümunədir”, “dinc yolla demokratik dəyişikliyə nazil olmaq istəyənlər tərəfindən hərtərəfli öyrənilməlidir”.

“Müasir dinc etiraz mühasirə kimidir… qarşında divar varsa və başını yalnız divara vurursansa, divar udacaq... Dinc etirazların mahiyyəti Mayk Taysonu şahmatda udmaq kimi bir şeydir”, – deyə Jukov keçmiş ağır çəki üzrə boks çempionunun adını çəkib.

22 yaşlı Jukov dekabrda ekstremizm ittihamı üzrə üç illik həbsə məhkum edilib. Özü və tərəfdarları isə ittihamı siyasi motivli adlandırıb.

İttihamlar fəalın 2017-ci ilin oktyabr və dekabr aylarında özünün YouTube kanalında yerləşdirdiyi dörd videoyla bağlı idi. Həmin videolara nümayişlərdən hissələr, bloqerin etiraz hərəkatı və Rusiya siyasətilə bağlı fikirləri yer alıb.

Jukov ötən ilin avqustunda Moskvada azad və ədalətli bələdiyyə seçkisi tələbilə etirazlar gedən vaxt saxlanıb. Həmin etirazlarda onlarla şəxs cərimələnib, həbsə atılıb.

Dekabrın 4-də hökm çıxarılmazdan məhkəmədə son sözündə Jukov Rusiyanın mövcud siyasi sistemini sərt tənqid edib, vətəndaşları üçün iqtisadi bərabərsizlik yaratdığını vurğulayıb.

Jukovun bəyanatı ölkəyə səs salıb, onu Rusiyada məşhurlaşdırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG