Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Bloqerə şərti cəza kəsildi


Yegor Zhukov məhkəmədən sonra, 6 dekabr, 2019-cu il
Yegor Zhukov məhkəmədən sonra, 6 dekabr, 2019-cu il

Moskva məhkəməsi populyar bloqer Yegor Zhukov-a 3 il şərti cəza kəsib. O, internetdə ekstremizmi qızışdırmaqda təqsirli bilinib. Bu iş siyasi motivli hesab olunur.

Kuntsevo Rayon Məhkəməsi hökmü dekabrın 6-da çıxarıb. Zhukov-un yüzlərlə tərəfdarı Moskvanın qərbində yerləşən məhkəmənin qarşısına yığışıb. Zhukov Moskvanın nüfuzlu Ali İqtisadiyyat Məktəbinin tələbəsidir.

“Məhkəmə müəyyən edib ki, Zhukov internet vasitəsilə ekstremist fəaliyyətə ictimai çağırışlar edib”, – Hakim Svetlana Ukhnaleva deyib.

Zhukov avqustda Moskvada kütləvi etirazların baş verdiyi vaxt saxlanıb. O zaman rusiyalılar ölkənin repressiv siyasi sisteminə qarşı etiraz səslərini ucaltmağa küçələrə çıxırdılar.

“Əlbəttə, bu, yekun qələbə deyil. Hamıya böyük təşəkkür”, – Zhukov hökm elan olunandan sonra deyib.

“Bu sərvət vicdanlı əməklə deyil...”

Dekabrın 4-də məhkəmədə son sözünü deyən Zhukov tərəfdarlarına hərarətli müraciət etmiş, Rusiyanın siyasi sistemi haqda fikirlərini açıqlamışdı.

Onun sözlərinə görə, Rusiyanın hazırkı siyasi sistemi iqtisadi bərabərsizliyə yol açıb, insan rifahının imkanlarını məhv edib, yuxarıdakı 10 faiz ölkənin sərvətinin 90 faizinə yiyələnib.

“Əlbəttə, onların arasında çox vicdanlı vətəndaşlar da var. Ancaq bu sərvətin əsası vicdanlı əməklə deyil, əhalinin hesabına, banal korrupsiya ilə əldə olunub”, – o vurğulayıb.

Avqustun 2-də həbs olunmuş Zhukov YouTube sosial şəbəkəsində böyük izləyici auditoriyası cəlb edə bilmişdi. O, video bloqlarında Rusiya Prezidenti Vladimir Putinə qarşı çıxır, ölkəboyunca müxalif aksiyaları təbliğ edirdi.

Rusiyada etirazlar yerli seçkilərə müstəqil və müxalifət namizədlərinin buraxılmamasına qarşı keçirilirdi. Polis yüzlərlə etirazçını müxtəlif ittihamlarla saxlayıb, ancaq çoxu sonradan kiçik cinayətlərdə təqsirli bilinərək buraxıldı.

Zhukov-a ilkin ittiham etirazlarda iştirakla bağlı idi. Ancaq tələbə yoldaşlarının etirazından sonra prokurorlar ona qarşı ittihamı dəyişdilər.

Saxlanmazdan öncə yerləşdirdiyi videoya dekabrın 5-də 300 mindən çox baxış olmuşdu. Həbsindən sonra tərəfdarları və dostlarının yerləşdirdiyi videolara isə yüzminlərlə baxış qeydə alınıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG