Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 00:50

Ekspert: Kompüteri olmayan şagirdlər üçün ədalət prinsipinə ehtiyac var


"Ermənistanda əhali müharibə istəmir, amma qorxudan sülh sözü də işlətmir" erməni ictimai fəalın dedikləri
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

"Ermənistanda əhali müharibə istəmir, amma qorxudan sülh sözü də işlətmir" erməni ictimai fəalın dedikləri

Təhminə Zeynalova 11-ci sinifi bu il bitirir. Qarşıda onu buraxılış imtahanı gözləyir. Deyir ki, zaman daraldıqca həyəcanı daha da artır. Axı, pandemiyaya görə məktəbə doğru-dürüst gədə bilməyib. Deyir ki, kaş bunu nəzərə alıb, sualları bir az asan edəydilər:

“Əsas riyaziyyatdan sualların asanlaşdırılmasını istəyirdim. Ən çətin mənə riyaziyyat gəlir. Əyani dərslə, onlayn dərslər eyni deyil. Hələ elə uşaqlar vardı ki, internet və ya kompüteri yox idi”.

Ötən ilin martından Azərbaycanda koronavirusa görə xüsusi karantin rejimi elan olunub. Məktəblərdə dərslər onlayn keçirilib.

Məsələ təkcə sualları sadələşdirməkdə deyil

Təhsil Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov hesab edir ki, imtahanların sadələşdirilməsi ədalət prinsipi baxımından olduqca önəmlidir:

“Azərbaycanda bu il 85 min şagird məktəbə getmədən məzun olacaq. Bu ciddi bir məsələdir. İkincisi təkcə Bakı və Sumqayıtda şagirdlərin 75 faizi onlayn dərslərdə iştirak edib. Bu o deməkdir ki, azı 25 faiz şagird dərslərə qatıla bilməyib və ya keyfiyyətli təhsil ala bilməyib. Məhz bu faktorlar test tapşırıqlarının asanlaşdırılmasını labüd edir. Bilirsiniz, məsələ tək sadələşdirmə deyil, məsələ ədalət prinsipidir. Yəni, kiminsə kompüteri, interneti varsa dərslərə qatıla bilib. Maddi imkanı olmayanlar dərslərdən kənar qalıb. Biz onlar üçün ədalət prinsipini qorumalıyıq”.

Buraxılış imtahanlarını təşkil edən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, bütün bu məsələlər nəzərə alınıb. Həm 9-cu, həm də 11-ci siniflər üzrə buraxılış imtahanları sadələşdirilib:

“11-ci sinifin birinci yarım ilində keçilən mövzulardan suallar hazırlanacaq. İkinci yarım ildə keçirilən mövzulara dair suallar isə daha aşağı siniflər səviyyəsinə uyğun qaydada soruşulacaq. Yəni, mövzular bir qayda olaraq sadədən mürəkkəbə doğru keçilir. Ona görə, məsələn, 11-ci sinfin ikinci yarısında keçilən hər hansı bir mövzunun sadə forması əslində 10 və ya 9-cu sinifdə öyrədilib. İmtahan zamanı bütün bunlar nəzərə alınacaq və suallar həmin o proqrama əsasən tərtib olunacaq”.

İmtahan sualları dəyişə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:05:20 0:00

ABŞ-da problemi necə həll ediblər?

Dünyanın bəzi ölkələrində də imtahan sualları sadələşdirilib, amma bəzilərində hələ də ortaq məxrəcə gələ bilməyiblər.

ABŞ-da orta məktəblər üzrə buraxılış imtahanıları ilə bağlı ciddi fikir ayrılığı var. Bir çox ştatlar bu imtahanların ümumiyyətlə ləğvini təklif etsə də, ABŞ prezidenti Co Bayden administrasiyası qərar verib ki, 2021-ci ildə buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi qalsın. Nyu York ştatı bu qərarın əleyhinə çıxıb və buraxılış imtahanlarında fənlərin çoxunun ləğv ediləcəyini açıqlayıb.

ABŞ-ın Şimalı Korolina ştatında orta məktəb müəlliməsi Rebeka Ril isə deyir ki, onların məktəbində imtahanlarda hər hansı dəyişiklik gözlənilmir:

“Yox, bizim məktəbdə imtahan tələblərində bir dəyişiklik yoxdur. Ötən il pandemiyaya görə məktəblər yeni bağlananda bizim bəzi çətinliklərimiz oldu. Amma sonradan şagirdlərimiz kompüter və internetlə təmin olundu. Müəllimlər də onlayn dərslərin keçirilməsi metodikasını inkişaf etdirdi ki, şagirdlər dərsləri mənimsəyə bilsinlər. Bizim məktəb bu kimi dəyişikliklər apardı, imtahan tələbləri lə bağlı dəyişikliklər etmədi”.

Mehdiabad qəsəbəsindəki 1 saylı orta məktəbin tarix müəllimi Sərvər Rüstəmov deyir ki, onlayn dərslərdə tədris proqramını şagirdlərə tam mənimsədə bilməyib. Deyir ki, burda da əsas əngəl texniki problemlər olub. O da sualların sadələşdirilməsinin tərəfdardır:

“Ucqarlarda və internetə çıxışı olmayan, kompüteri olmayan şagirdlərdə problemlər yarandı. Yəni, təhsilin əlçatanlığı prinsipinə əsas sualların aşağı sinif dərsliklərinə salınması daha məqsədəuyğun olardı”.

Azərbaycanda 11-ci siniflərin buraxılış imtahanına dünən, aprelin 15-dən başlanıb. Dünən və bu gün ümumilikdə respublikanın 25 şəhər və rayonunda imtahanlar keçirilib. Növbəti imtahan günü isə 22-23 apreldə olacaq.

Şərhlər

XS
SM
MD
LG