Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:13

Sağalanların sayı yoluxanları keçib


İllüstrativ foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2163 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2251 nəfər sağalıb.

Bu məlumatı aprelin 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 296 min 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 260 min 193 nəfər sağalıb, 4077 nəfər vəfat edib, aktiv xəstə sayı 32104 nəfərdir”.

Qərargahdan verilən açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 13478, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 82 min 157 test aparılıb.

Son aylar birinci dəfədir ki, gündəlik vurusa yoluxma, həmin vurusa yoluxan şəxslər arasında gündəlik sagalanlardan az olub.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə müalicə alan koronavirus xəstələri də var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şərhlər

XS
SM
MD
LG