Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Polşa da Rusiyanın üç diplomatını qovur


Rusiyanın Varşavadakı səfirliyi
Rusiyanın Varşavadakı səfirliyi

Polşa Rusiyanın Varşavadakı səfirliyinin üç diplomatının ölkədən çıxarılmasına dair qərar qəbul edib.

Varşava bildirir ki, bu addımı Birləşmiş Ştatlarla həmrəylik əlaməti olaraq atıb.

Polşa Xarici İşlər Nazirliyinin aprelin 15-də verdiyi bəyanatda deyilir ki, Rusiya səfirliyinin üç əməkdaşı diplomatik statuslarını pozduqlarına və Polşaya qarşı ziyanlı fəaliyyətda olduqlarına görə persona non grata elan ediliblər.

Aprelin 15-də Birləşmiş Ştatlar Rusiya üzərinə Moskvanın seçki müdaxiləsinə və kiberhücumlarına görə geniş sanksiyalar elan edib.

Moskvaya qarşı tədbirlərin sırasında Rusiyanın ABŞ-dakı 10 diplomatının ölkədən çıxarılması da var.

Moskvadan Polşaya “vassal” ittihamı

Vaşinqton bildirib ki, ölkədən çıxarılan diplomatların bəziləri Rusiya kəşfiyyat orqanlarının əməkdaşlarıdır.

ABŞ sanksiyalarına dair bəyanatda SolarWinds şəbəkəsi üzərinə geniş haker hücumunun arxasında Rusiya Xarici Kəşfiyat İdarəsi - SVR-in dayandığı bildirilir.

Polşanın Xarici İşlər Nazirliyi bəyan edib ki, SolarWinds üzərinə haker hücumu ABŞ-ın sərhədlərindən kənar əraziləri, o cümlədən Avropa ölkələrini də təsirləndirib:

“Polşa Birləşmiş Ştatlarla həmrəylik mövqeyində dayanır. Biz ölkələri, özəl sektoru və ayrı-ayrı fərdləri kiberfəzada məsuliyyəli davranış prinsiplərinə əməl etməyə çağırırıq”.

Rusiyanın Polşanın demarşına onun diplomatlarının qovulması ilə cavab verəcəyi gözlənilir.

Interfax agentliyi xəbər verir ki, Rusiya Dövlət Duması Xarici İşlər Komitəsinin rəhbəri Leonid Slutski Polşanı “rusofobiyada” və özünü “Birləşmiş Ştatların həqiqi vassal kimi aparmaqda” ittiham edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG