Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 22:47

GRECO illik hesabatını açıqlayıb


İllüstrativ foto

Avropa Şurasının antikorrupsiya qurumu olan GRECO 2020-ci il üçün illik hesabatını açıqlayıb. Hesabatda Avropa Şurası üzvlərinin GRECO-nun parlament üzvləri, hakimlər və prokurorlar arasında korrupsiyanın qarşısını almaqla bağlı tövsiyələrinə necə əməl etdiyi dəyərləndirilir.

GRECO 2020-ci ildə Azərbaycanla bağlı yeni dəyərləndirmə aparmayıb, ona görə də tövsiyələrin yerinə yetirilməsi üzrə göstəricilər 2019-cu illə eyni qalıb.

2020-ci il dekabrın 31-dək Azərbaycanın GRECO-nun 21 tövsiyəsindən 13-nə tam əməl etdiyi bildirilir. Beş tövsiyə qismən yerinə yetirilməyib, 3-ü isə heç icra olunmayıb.

Ümumiyyətlə 14 ölkə - Albaniya, Bolqarıstan, Danimarka, Estoniya, Finlandiya, Almaniya, İrlandiya, Malta, Monteneqro, Niderland, Norveç, İsveç, İsveçrə və Britaniya prokurorlarla bağlı bütün tövsiyələrə əməl ediblər. Azərbaycan isə (70%) bu tövsiyələri icra göstəricisi yüksək olan ölkələr sırasındadır.

Azərbaycanla bağlı GRECO-nun antikorrupsiya tövsiyələrinin ən zəif tətbiq olunduğu sahənin parlament üzvləri ilə əlaqədar olduğu bildirilir.

Hakimiyyət təmsilçiləri ölkədə korrupsiya ilə sistemli mübarizə aparıldığını bildirirlər. Tənqidçilər isə düşünürlər ki, sistemli mübarizə yüksək rütbəli məmurlardan başlayacağı halda effektli olar.

Şərhlər

XS
SM
MD
LG