Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:44

Azərbaycanda Ramazan ayı başlayıb


Quran

Bu gün, aprelin 14-dən Azərbaycanda Ramazan ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edib.

Qurumun bundan əvvəl verdiyi fətvada da vurğulanırdı ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcək.

"Ramazan ayının başlanma və bayram günü tarixləri Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən müəyyən edilir", - QMİ qeyd edirdi.

Amma bu təqvim müsəlmanların yaşadığı bəzi ölkələrdə fərqlidir.

Ramazan təqvimi-2021

Orucun mühüm əməllərindən biri sayılan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazilər Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının imkansızlara verilməsi məsləhətdir.

Artıq ikinci ildir ki, Ramazan ayı koronavirus pandemiyasi vaxtina düşür. Ötən ilin martından Azərbaycanda koronavirusla bağlı karantin elan edilib. Bu səbəbdən kütləvi Ramazan tədbirlərinə icazə verilmir.

Xatırlatma

İslam dininə görə, "Qurani-Kərim" Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. "Qurani-Kərim"də həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar. Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

XS
SM
MD
LG