Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 22:27

Əliyev və Lukaşenko görüşüb


İ.Əliyev və A.Lukaşenko

Aprelin 14-də Azərbaycan prezidenti İlham Əliyevin Belarus rəhbəri Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, onların media qarşısında açıqlamaları olub.

Prezident İ.Əliyev deyib ki, dünən (aprelin 13-də) onların qeyri-rəsmi formatda ünsiyyət saxlamaq, ikitərəfli gündəliyə aid məsələlərin geniş spektrini, regional problemləri müzakirə etmək imkanları olub. (A.Lukaşenko aprelin 13-dən Azərbaycandadır).

"Ölkələrimiz arasında münasibətlərin inkişafına görə çox şadam. Sizinlə biz əlaqələrimizə elə dinamizm gətirmişik ki, bütün istiqamətlər üzrə inkişaf olduğunu, razılaşdırdığımız məsələlərin praktiki həllini görürük", - Azərbaycan prezidenti qeyd edib.

İ.Əliyev vurğulayıb ki, keçən il pandemiyaya baxmayaraq, iki ölkə arasında əmtəə dövriyyəsi artıb: "Azərbaycandan Belarusa ixrac da artıb. Ona görə bu gün sənaye kooperasiyası ilə bağlı məsələləri də daha ətraflı müzakirə edəcəyik. Sizinlə birgə qərarımıza əsasən artıq çoxdandır ki, Gəncədəki sənaye müəssisəsi fəaliyyət göstərir".

Azərbaycan prezidenti daha sonra da deyib: "Sevindirici haldır ki, biz iştirak etdiyimiz beynəlxalq strukturlarda bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik".

"Heç kəs də bizə mane ola bilməz"

A.Lukaşenko da deyib ki, iki ölkənin siyasət, iqtisadiyyat sahələrində konkret istiqamətlər baxımından münasibətləri olduqca çoxşaxəlidir: "Biz heç kəsə mane olmuruq və heç kəs də bizə mane ola bilməz. Ona görə ki, əgər sən bir işi görmək istəyirsənsə, buna mane olmaq çətindir...".

Azərbaycan-Belarus sənədləri imzalanıb

Aprelin 14-də Azərbaycan prezidenti İlham Əliyev və Belarus lideri Aleksandr Lukaşenkonun iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC-ın xəbərinə görə, imzalanan sənədlər baytarlıq, turizm və energetika sahələrini əhatə edib.

XS
SM
MD
LG