Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Belarus “Euronews”un yayınını dayandırır


İllüstrativ foto
İllüstrativ foto

“Ötən yaydan hakimiyyət Belarus cəmiyyəti ətrafında, belə deyək, Böyük Çin Səddi çəkib, jurnalistləri repressiya edib, media orqanlarını bağlayıb”

Belarus hakimiyyəti Avropanın “Euronews” xəbər şəbəkəsinin yayınını dayandırıb. Bu, ölkədə müstəqil media və jurnalistlərin sıxışdırıldığı bir dönəmdə baş verir.

Reklamlar ingiliscə verilib

İnformasiya Nazirliyinin aprelin 12-də yaydığı bəyanata görə, “Euronews”un Belarusda yayın hüququ bitib. 24 saat fəaliyyətdə olan bu xəbər kanalı rusca daxil olmaqla 12 dildə yayınlanır.

“Euronews”un yerinə Rusiyanın “Pobeda” (“Qələbə”) proqramı yayınlanmağa başlayıb. Bu proqram 2-ci Dünya müharibəsindən söz açır. Son illər Rusiya Sovet İttifaqı və müttəfiqlərinin 1945-ci ildə nasist Almaniyası üzərindəki qələbəsindən Qərbə qarşı propoqandada istifadə edir.

Nazirliyin sözçüsünün Rusiyanın “RIA Novosti” dövlət xəbər agentliyinə deməsinə görə, “Euronews”un lisenziyası yenilənməyib, çünki telekanal reklamlarını rusca, yaxud belarusca deyil, ingiliscə verməklə qanunvericiliyi pozub.

Rəqəmsal platformalarda yayın davam edir

Fransanın Lion şəhərində yerləşən “Euronews” aprelin 12-də bildirib ki, qadağa haqda rəsmi bildiriş almayıb, amma bundan “dərin” təəssüf hissi keçirir.

“Euronews mətbuat azadlığına dəyər verir və Belarusdaki izləyicilərinin yenidən çıxış əldə etməsindən ötrü əlindən gələni edəcək... Bu arada izləyicilərimiz bizi rəqəmsal platformalarda izləyə biləcəklər”, – telekanal bildirib.

Belarusda ötən avqustda keçirilmiş prezident seçkisinin qalibi Alyaksandr Lukaşenkanın elan olunması ölkədə etirazlara səbəb olub. 30 minədək etirazçı saxlanıb, döyülənlər, öldürülənlər olub.

Belarus Jurnalistlər Assosiasiyasının sədr müavini Baris Haretskinin sözlərinə görə, hökumət jurnalistlərə və insan haqları fəallarına qarşı Avropada indiyədək görünməyən şəkildə təzyiq göstərib.

“Ötən yaydan hakimiyyət Belarus cəmiyyəti ətrafında, belə deyək, Böyük Çin Səddi çəkib, jurnalistləri repressiya edib, media orqanlarını bağlayıb”, – Haretski deyib.

XS
SM
MD
LG