Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:07

Müxalifət partiyası liderinin saxlandığı bildirilir


Rihor Kastusyu

Belarus Xalq Cəbhəsi (BNF) partiyasının liderini polisin saxladığı bildirilir. Avqustda keçirilmiş prezident seçkisinin qalibi Alyaksandr Lukaşenka elan olunandan sonra güc strukturlara müxalifət fəallarına, dinc etirazçılara divan tutmaqdadır.

Rihor Kastusyunun yaxınlarının sözlərinə görə, siyasətçi aprelin 12-də ölkənin şərqindəki Şklou şəhərində naməlum ittihamlarla saxlanıb, Minskə aparılıb.

Kastusyunun saxlanmasıyla bağlı hələlik, rəsmi açıqlama yoxdur.

1994-cü ildən ölkəni idarə edən Lukaşenka avqust seçkisinin qalibi elan olunsa da, müxalifət seçkinin saxtalaşdırıldığını deyir.

Minlərlə vətəndaş seçkinin nəticələrinə etiraz olaraq küçələrə çıxaraq müxalifət lideri Svetlana Tixanovskayanın səsverməni qazandığını bildiriblər.

Tixanovskaya isə təhlükəsizlik səbəblərindən Litvaya gedib. Seçkidən sonra 30 minədək etirazçının saxlandığı, yüzlərlə adamın döyüldüyü, bir neçəsinin öldürüldüyü, etiraz aksiyalarında jurnalistlərin hədəfə alındığı bildirilir.

Müxalifətin bir sıra digər aparıcı xadimləri da ya ölkəni tərk etməyə məcbur qalıb, ya da həbsə atılıb.

XS
SM
MD
LG