Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 00:45

2317 gündəlik yoluxma aşkarlanıb, 36 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2317 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2109 nəfər sağalıb.

Bu məlumatı aprelin 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 36 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 294211 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 257942 nəfər sağalıb, 4045 nəfər vəfat edib, aktiv xəstə sayı 32224 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 14207, hazırkı dövrədək isə ümumilikdə 3068679 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG