Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:12

Bibiheybətdə gəmidə yanğın-yenilənib


Arxiv foto

Gəmidə yanğın söndürülüb

Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə baş vermiş yanğının söndürüldüyü bildirir.
Verilən məlumata görə, yanğını Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri söndürüb.

***

Bu gün, aprelin 10-da Bibiheybətdə gəmidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Qurum bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.

FHN-nin xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işlərinin davam etdirildiyi bildirilir.

Xəsarət alan və ölənlər barədə, hələlik, məlumat yoxdur.

XS
SM
MD
LG