Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:05

Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanır


Azərbaycanda vurulan vaksin haqda Qərb mətbuatı bunları yazır
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Azərbaycanda vurulan vaksin haqda Qərb mətbuatı bunları yazır

Bu gün, aprelin 9-dan Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.

Jurnalistlərin vaksinasiyasının Mətbuat Şurasının binasında həyata keçirildiyi açıqlanıb.

Redaksiyalardan Mətbuat Şurasına daxil olan müraciət və siyahılara əsasən, media nümayəndələrinə mərhələli şəkildə peyvənd vurulmalıdır.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. İndi 40 yaşdan yuxarı şəxslərə peyvənd vurulur. Vaksinasiya dövlət hesabına aparılır.

İndiyə qədər 1 milyondan çox vaksin vurulduğu bildirilir. Onlardan 672 mini birinci mərhələnin (vaksinlər iki dozada vurulur) payına düşür. Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Artiq ölkəyə az miqdarda başqa şirkətə məxsus vaksinin də gətirildiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.9 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi ümumilikdə 279 min 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 811 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG