Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:11

2206 yeni yoluxma aşkarlanıb, 35 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2206 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1578 nəfər sağalıb.

Bu məlumatı aprelin 9-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 35 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 281387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247459 nəfər sağalıb, 3846 nəfər vəfat edib, aktiv xəstə sayı 30082 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12692, hazırkı dövrədək isə ümumilikdə 2990285 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG