Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 04:12

Yeni mərkəz yaradılır


İ.Əliyev

Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılacaq.

Bu, prezident İlham Əliyevin bu gün, aprelin 6-da imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzini 15 gün müddətində yaratmalı və bu barədə prezidentə məlumat verməlidir.

Mərkəz elmlə sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasında iştirak edən publik hüquqi şəxs olmalıdır.

O, habelə, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması üçün texnologiyaların transferini, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını və layihələrin hədəf bazarlarına çıxarılmasını həyata keçirməlidir.

XS
SM
MD
LG