Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 13:19

Müsavatçının həbs olunduğu deyilir


Müsavat Partiyasının üzvü Nizaməli Süleymanovun həbs olunduğu bildirilir.

Bu barədə Müsavat Partiyasından məlumat yayılıb.

Partiyadan bildirildiyinə görə, o, bu gün, aprelin 5-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) üzrə təqsirli bilinərək 20 sutka inzibati qaydada həbs olunub.

Müsavat Partiyasının mətbuat xidmətindən qeyd edilib ki, Süleymanov narkotik istifadəçisi deyil və öz siyasi fəaliyyətinə görə, həbs olunub:

"Nizami bəyin özünün bizə verdiyi məlumata görə, onu müxtəlif üsullarla təhdid edib partiyadan çıxmağını tələb edirdilər və çıxmadığı üçün cəzalandırırlar".

Partiyanın mətbuat xidmətindən həmçinin qeyd olunub ki, Süleymanov son dövrlərdə təzyiqin ən müxtəlif üsulları ilə üzləşmişdi.

Bu deyilənlərə hələlik, Daxili İşlər Nazirliyi və Suraxanı Rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq bildirirlər ki, ölkədə heç kim siyasi fəaliyyətinə görə, şərlənərək həbs edilmir.

Şərhlər

XS
SM
MD
LG