Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:46

Keçmiş MTN-in iki generalı həbs olundu


Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sərəncamında olan iki general – nazirliyin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri Nizami Şirinov həbs ediliblər.

Onlar Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə məsuliyyətə cəlb olunublar.

Generallar aprelin 5-də İstintaq İdarəsində dindiriləndən sonra barələrində həbs qərarı çıxarılması üçün Nəsimi Rayon Məhkəməsində aparılıblar.

Hakim onların istintaq dövründə həbsdə saxlanması barədə prokurorun təqdimatını təmin edib. Hər iki generalın barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidməti Şıxəliyev və Şirinovun saxlandığını AzadlıqRadiosuna təsdiqləyib.

İctimaityyətə məlumat veriləcək

Bu qurumdan bildirilib ki, onların həbs olunmasının səbəbləri və başqa detallar haqda ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Həm Şıxəliyev, həm də Şirinov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslər sayılırdı.

2015-ci ilin oktyabrında MTN-dəki məlum əməliyyatdan – Mahmudovun nazir postundan uzaqlaşdırılmasından, nazirliyin 20-yə qədər vəzifəlisinin, o cümlədən 5 generalın həbsindən sonra Şıxəliyev və Şirinov da vəzifədən çıxarılmışdılar.

MTN vəzifəlilərinin haqqında cinayət işində özəlliklə Şıxəliyevin adı çox hallanırdı. Zərərçəkmiş şəxslərin bir çoxu onunla bağlı ittiham xarakterli ifadələr veriblər.

Bu səbəbdən Şıxəliyev məhkəmədə şahid qismində də dindirilmişdi. Hətta məhkəmə onunla bağlı araşdırma aparılması üçün xüsusi qərar da çıxarmışdı.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub.

Onların arasında 5 general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib.

Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin QuliyevTeymur Quliyev həbsdədir. Akif ÇovdarovSübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıblar. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi 5 nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlakını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG