Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:54

Əfqanıstan ordusu əsas rayonu Talibandan geri alır


Qəndəharda Talibana qarşı daha bir əməliyyatdan sonra, arxiv fotosu

Əfqanıstanın təhlükəsizlik qüvvələri cənubi Qəndəhar vilayətində vacib bir rayonu Taliban silahlı qruplaşmasından geri alıb. Müdafiə Nazirliyinin aprelin 5-də yaydığı məlumata görə, əməliyyat zamanı onlarla silahlı öldürülüb və yaralanıb.

Yerli rəsmilər də vilayətin paytaxtı Qəndəhar şəhərinin kənarındakı Arğandab rayonunun aprelin 4-də silahlılardan geri alındığını təsdiqləyiblər.

Nazirlik əməliyyat zamanı azı 37 yaraqlının öldürüldüyünü, 28-nin yaralandığını bildirir.

Dinc şəxslərə də ziyan dəydiyi, bəzilərinin toqquşmalar zamanı evlərini tərk etməli olduğu xəbər verilir. Amma mülki itkilər barədə əlavə informasiya yoxdur.

“Arğanbad sıx məskunlaşmış rayondur. Əhaliyə ziyan vurmamaq üçün yüksək dəqiqlikdən istifadə elədik”, – Qəndəhardakı xüsusi qüvvələr batalyonunun komandiri Sarbuland deyib.

Taliban hələlik, məsələni şərh etməyib.

Qəndəhar rəsmilərinin bildirməsinə görə, Taliban Arğanbadda yollara mina basdırıb və bu, məcburi köçkünlərin evlərinə qayıtmasını yubada bilər.

Şərhlər

XS
SM
MD
LG