Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 10:54

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri saxlanıb


Bakı şəhər icra hakimiyyəti, 2014

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev saxlanıb.

Bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat xidməti də təsdiqləyib.

Ona vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa məsələdə ittiham verildiyi bildirilir.

Verilən məlumatlara görə, məhkəmənin qərari ilə R. Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Amma bu məlumata və səslənən ittihama, hələlik, Rasim Quliyvin vəkili və yaxınlarından münasibət almaq mümkün olmayıb.

Rasim Quliyev Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifəsində 2010-ci il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-nə kimi çalışıb.

2015-ciildə Prezident onu “ Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif etmişdi.

XS
SM
MD
LG