Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:45

Bir gün İranla sərhəddə…


Astara, Azərbaycan-İran sərhəddi, arxiv foto
Astara, Azərbaycan-İran sərhəddi, arxiv foto

İranda COVİD-19 vurusuna yoluxduğu aşkarlanan insanların sayı 2 milyona yaxınlaşır. Bu virusa yoluxnlardan rəsmən 63 minə yaxın şəxsin də öldüyü açıqlanıb. İranda rəsmi qurumlarının açıqlamasına görə, bir çox ərazi, o cümlədən Azərbaycan Respublikası ilə həmsərhəd Gilan əyaləti qırmızı zona hesab olıunur.

Bəs Azərbaycanın İranla sərhədyanı rayonlarında koronavirusla bağlı vəziyyət necədir?
Suala aydınlıq gətirmək üçün Astara sərhəd-keçid məntəqəsində olduq. Keçid məntəqəsinin önündə taksilər durmuşdu. Sürücülərin dediklərinə görə, İrandan çox az sayda adam gəlir. Onların deməsinə görə, elə gün olur ki, İrandan bir nəfər də olsun Azərbaycana keçmir. Bir taksi sürücüsü deyir ki, hamı koronavirusdan ehtiyat edir:

Bu xəstəlik bizi çörəkvay edib

Taksi, arxiv foto
Taksi, arxiv foto

“Elə bil vərdiş etmişik, bura gəlirik. Bu xəstəlik bizi çörəkvay edib. Tibbi maska taxırıq. İşdir müştəri olanda soruşuruq ki, halı necədir? Özünü pis hiss etmir ki? Özümüz də qorxuruq, amma çörək də qazanmaq lazımdır. İrandan əsasən rəsmi adamlar çıxır. Onları da, adətən, burda maşınlar gözləyir.”

Sərhədyanı ticarətlə məşğul olan bir iş adamınin sözlərinə görə, İranda olan şəriki ilə həmişə əlaqə saxlayır:

Sərhədləri gec bağladılar

“Malımı alıram. Maşın gətirir. İran Astarasında xəstəlik tuğyan edir. Özləri deyirlər. Bizdə əvvəllər vəziyyət pis idi. Sərhədləri gec bağladılar. Mən bu tərəfdə İran vətəndaşı görməmişəm. Xəstəlikdən qorxursan. Özünə görə yox, ailəyə görə. Baxın, mağazaların çoxu bağlıdır.”

Azərbaycandan İrana gedən yük maınları, Astara, 22 dekabr 2017
Azərbaycandan İrana gedən yük maınları, Astara, 22 dekabr 2017

İrana işləyən bir yük maşının sürücüsü də sərhəd-keçid məntəqəsində koronavirusla bağlı ciddi qaydalar qoyulduğunu söyləyir:

“İran tərəfində gömrükdən çıxmırıq. Ehtiyat edirik. Onlar da ehtiyat edir. Fevral ayında hər gün 400-ə yaxın yük maşını İrana keçərdi. Əsasən Rusiya maşınları. İndi yük maşınların növbəsi yoxdur. Gündə 40-50 yük maşın gəlir. Bizdə kartof tədarükü başlayanda sonra, İrana gedən yük maşınların sayı tamamilə azalacaq.”

Rusiyanın maşınlarıdır, kənd təsərrüfatı məhsulları daşıyırlar

Astara rayon sakini Akif Məmmədovun deməsinə görə, İrana maşınlar işləyir:

“Düzdür indi İrana kütləvi şəkildə getmirlər, oradan da adam az gəlir. Yük maşınları gecə-gündüz İrana işləyir. Rusiyanın maşınlarıdır, kənd təsərrüfatı məhsulları daşıyırlar. Elə olur ki, yük maşınların növbəsi bir kilometrə çatır. Gediş-gəliş varsa təhlükə də qalır.”

İranda xəstəxanada coronavirus xəstəsi, 16 dekabr 2020
İranda xəstəxanada coronavirus xəstəsi, 16 dekabr 2020

Astara rayonun başqa bir sakini Aydın Əliyevin sözlərinə görə, İrandan həyəcanlı xəbərlər gəlir:
“Amma indi ordan bizə ciddi təhlükə yoxdur. Əvvələr bizim camaat İrana gedirdi. Eşidirdik ki, filənkəs İranda olanda koronavirusa yoluxub.İndi İrana gedən yoxdur. Bəlkə də iş adamları, xəstələr gedirlər. Əhali getmir. Virusa yoluxmadan qorxurlar.”

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Oqtay Əmənullayevin deməsinə görə, lazımı tədbilər görülür:

Yaxma götürürük, yoxlayırıq

COVİD 19-la bağlı test nümunəsi götürülür, arxiv foto
COVİD 19-la bağlı test nümunəsi götürülür, arxiv foto

“ Bizə təsiri ola bilməz. Çünki ölkəyə daxil olan vətəndaşdan, istər İran vətəndaşı olsun, istər bizim vətəndaş olsun yaxma götürürük, yoxlayırıq . Əgər müəyyənləşsə ki, virus var, karantina alırıq. Nəzarət olmasaydı ən çox yoluxma Astara rayonunda olardı. Hamısnın profilaktikasını aparırıq. Astara rayonunda 13 nəfər koronavirus xəstəmiz var. Bu 14 gündə müəyyən olunmuş xəstələrdir. Günə təxminən bir nəfər düşür. Görülən tədbirlərin nəticəsidir.”

Biləsuvar Cənub Ərazi Baş Gömrük İdarəsinin növbətçi hissəsindən isə bildiriblər ki, Astara və Biləsuvar sərhəd-keçid məntəqələrində həkim briqadaları fəaliyyət göstərir:

Sərhəd-keçid məntəqələrində həkimlər var

“Sərhəd-keçid məntəqələrində həkimlər var, dizenfeksiya olunur.İnsanlar da yoxlanılır, nəqliyyat vasitələri də. Bununla bağlı sərhəd-keçid mətəqələri avadanlıqlarla təmin olunublar. Ciddi nəzarər var.”

İki ölkə aasında sərhəd xətti 765 kilometrə çatır. İl ərzində Azəbaycandan İrana bir milyona qədər adamın səfər etdiyi bildirilir. COVİD 19 virusu İranda ötən ilin əvvəllərində, bir müddət sonra, 2020-ci il fevralın sonunda isə Azərbaycanda aşkarlanıb. Bundan sonrasonra İranla gediş-gəliş məhdudlaşdırılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 266322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3617 nəfərin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG