Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:25

Britaniya koronavirusa adi qrip kimi ‘baxacaq’


Baş nazir Boris Conson peyvənd olunduqdan sonra
Baş nazir Boris Conson peyvənd olunduqdan sonra

İngiltərə iyun ayında pandemiya məhdudiyyətlərindən çıxdıqdan sonra karantinlər “tarixə çevriləcək”.

Bunu İngiltərə səhiyyəsinin rəhbəri, Britaniya hökumətinin baş tibb müşaviri professor Kris Uitti deyib.

O bildirib ki, Britaniya gələcəkdə koronavirusa qripə bəslədiyi münasibəti bəsləyəcək.

City a.m. qəzetinin yazdığına görə professor deyib ki, Britaniya bu virusla birgə yaşamağı öyrənməlidir.

Professor Uitti müqayisə üçün bildirib ki, ən pis qrip epidemiyaları zamanı ildə 25 min nəfərin ölməsi heç də xəbər başlıqlarına çıxmır:

“Aydındır ki, biz bu virusu lazım gəldikdə qrip virusunu buxovladığımız kimi məhdudlaşdırmalıyıq. Qrip çox təhlükəli mövsümi xəstəlik olaraq minlərlə insanı öldürsə də, cəmiyyətdə ona müəyyən dözümlü münasibət formalaşıb”.

Kral Tibb Cəmiyyətinin aprelin 1-də keçirdiyi vebinarda çıxış edən Uitti deyib ki, hökumət həyəcan təbilini yalnız təhlükəli yeni ştamm qəflətən yayılmağa başlayanda çalmalıdır.

Onun sözlərinə görə, koronavirusun müxtəlif ştamlarının ölkəyə buraxılmayacağını düşünmək sadəlövhlük olardı.

Karantindən azadlığa

Professor Uitti deyib ki, hökumətin məqsədi COVID-19 ölümlərini minimuma salmaqdır, amma cəmiyyət ölüm sayı qripin ölüm sayına bənzəyən bir xəstəlik üçün yeni daha sərt məhdudiyyətləri qəbul etməyəcək:

“Biz yoluxmaları, ölüm sayını mümkün qədər aşağı həddə saxlamaq üçün müəyyən balans işləyib hazırlamalıyıq”.

Alimin fikrincə, bununla belə xəstəliyə qarşı vaksinləmə və müəyyən müalicə preparatları ilə kifayətlənmək olar.

Bu isə deməkdir ki, ölüm halları minimuma endirilir və xəstəliyin iqtisadi və sosial təsirləri də azaldılır.

Britaniyanın baş naziri Boris Conson dəfələrlə bəyan edib ki, onun hazırladığı karantindən xilas yol xəritəsi “azadlığımıza qovuşmaq” üçün vəziyyətdən “ehtiyatlı, lakin geriyə dönməz” çıxış verəcək.

Toy edə bilməyən gənclər: 'Gördük pandemiya birmir, fərqli yol seçdik'
Gözlə

No media source currently available

0:00 0:05:20 0:00

Ölüm hallarında dramatik azalma

Məqalədə deyilir ki, Britaniyada vaksinasiya proqramının sürətləndirilməsi artıq bəhrəsini verir, infeksiya, xəstəxanaya ehtiyac və ölüm rəqəmləri düşməkdə davam edir.

Britaniyada gündəlik yoluxma rəqəmi son aylarda günə 81570-dən (29 dekabr) son sutka ərzində 4479-a enib.

Qəzet yazır ki, ölüm və xəstəxanaya gətirilmə hallarında da dramatik eniş müşahidə olunur.

Hazırda ölkə xəstəxanalarında ikinci dalğanın pik nöqtəsindəki rəqəmin cəmi 10 faizi qədər koronavirus xəstəsi var.

Aprelin 1-də Britaniyada koronavirusla bağlı ölüm hallarının sayı dalbadal 18-ci gündür ki, azalıb.

Hazırda gündəlik ölüm halları ikirəqəmli ədədlərlə ifadə olunur. Halbuki yanvarın 19-da, bir gün ərzində COVID-19-dan 1362 ölüm qeydə alınmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG