Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:35

Türkiyə Azərbaycana yeni səfir təyin edib 


Türkiyə bayrağı, arxiv foto

Türkiyə Azərbaycana yeni səfir təyin edib.

Anadolu Agentliyinin xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Qərara əsasən, Türkiyənin Azəbaycandakı hazırkı səfiri Erkan Özoral geri çağırılıb, onun yerinə Cahit Bağcı təyin olunub.

Erkan Özoral 2016-ci ildə Azərbaycana səfir təyin edilib.

Türkiyə prezidentinin qərarlarıyla daha bir neçə ölkəyə yeni səfirlər təyin edilib.

XS
SM
MD
LG