Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:44

Moskva Ukraynanı ‘dağılmaqla’ hədələyir (VIDEO)


Ukraynanın şərqindəki Rusiya separatçıları
Ukraynanın şərqindəki Rusiya separatçıları

Rusiyanın Ukrayna ilə sərhəd boyunca qoşun cəmləşdirməsinə dair Kiyevdən səslənən iddiaların ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib ki, Ukraynanın şərqində hər hansı müharibə cəhdi Ukraynanın dağılması ilə nəticələnə bilər.

Bu bəyanatlardan əvvəl Kiyev və Moskva bir-birlərini təmas xətti boyunca zorakılıqlarda və atəşkəsin pozulmasında ittiham ediblər.

Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılar Ukrayna hökumət qoşunlarına qarşı döyüşürlər.

Kiyev iddia edir ki, separatçılar ötən ilin iyulunda əldə olunmuş atəşkəs razılaşmasını dəfələrlə və sistematik şəkildə pozurlar.

Kreml Rusiyanın sərhədi boyunca qoşun cəmləşdirdiyinə dair Ukraynaın iddialarını rədd edib.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba martın 1-də yazdığı tvitdə bildirir ki, vəziyyəti ATƏT-in baş katibi Helqa Şmidlə müzakirə edib.

Kuleba habrlə ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının uzadılması qərarını alqışlayıb və bildirib ki, ATƏT “Rusiyanın hərəkətlərinə diqqətlə göz qoymalıdır”.

Aprelin 1-də Rusiya televiziyasının 1-ci kanalına müsahibə verən Lavrov Rusiya prezidenti Vladimir Putinin belə bir bəyanatını yada salıb ki, “Donbasda yeni müharibə başlamaq istəyənlər Ukraynanı xaraba qoyacaqlar”.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya öz qoşunlarını öz ərazisində hərəkət etdirir və bunun heç kimə dəxli yoxdur.

Peskov bildirib ki, NATO qoşunlarının Rusiya sərhədləri boyunca intensiv fəaliyyəti Moskvanı ayıq-sayıq olmağa sövq edir.

Ukrayna Rusiyanın Donbas və Krıma qüvvələr topladığını deyir
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

2014-cü ildə Krım yarımadasını qanunsuz ilhaq etmiş Rusiya Ukraynanın şərqində öz qoşunlarının olmasını təkzib edir.

Rusiya Krımı 2014-cü ildə, moskvayönlü prezident Viktor Yanukoviç xalq kütlələrinin təzyiqi ilə devrilən kimi ilhaq edib.

Martın 31-də ATƏT-in Vyanadakı Daimi Şurasında çıxış edən ABŞ işlər müvəkkili Kortni Ostrian ATƏT missiyasının mandatının uzadılmasını alqışlayıb və Ukraynanın ərazi bütövlüyü və suverenliyinə Vaşinqtonun dəyişməz dəstəyini bir daha ifadıə edib.

Ostrian Ukraynanı, Rusiyanı və Rusiyanın təlim və dəstək verdiyi, rəhbərlik etdiyi qüvvələri ATƏT missiyasının Ukraynanın bütün ərazisi boyunca sərbəst hərəkət etməsinə şərait yaratmağa çağırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG