Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:08

Almaniyadan 32 Azərbaycan vətəndaşı gətirilib


Almaniyadan sığınacaq istəyən azərbaycanlıların sayı 3 dəfə artıb
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00

Almaniyadan sığınacaq istəyən azərbaycanlıların sayı 3 dəfə artıb (2017)

Dünən, martın 31-də Almaniyadan Bakıya 32 nəfər Azərbaycan vətəndaşı gətirilib. Onlar "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişə uyğun göndəriliblər.

Readmissiya – başqa ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni yaşayan şəxslərin geri qəbul edilməsidir.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) məlumatına görə, geri qayıdan şəxslər Bakı aeroportunda onların ailə üzvlərinin iştirakı ilə qarşılanıb.

Açıqlamaya görə, qəbul koronavirusa qarşı mübarizə ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib: "31 nəfər Azərbaycan vətəndaşı ailələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar. Readmissiya olunan şəxslərdən biri qalmağa yeri olmadığından Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Şəxsin müraciəti müsbət həllini tapıb. O, Xidmətin Bakı şəhərindəki müvafiq saxlama mərkəzində müvəqqəti yerləşdirilib. Bu gün (aprelin 1-i) isə həmin şəxs yaxın qohumları tərəfindən yaşayış yeri ilə təmin olunub".

"Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş 2014-cü il fevralın 28-də Brüsseldə imzalanıb.

Bundan əvvəl də Avropa ölkələrində icazəsiz yaşayan yüzlərlə Azərbaycan vətəndaşı öz ölkələrinə gətirilib.

XS
SM
MD
LG