Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:33

Kütləvi qətllərdən 103 il ötür


50 min rubl tarix bağışladı
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

50 min rubl tarix bağışladı

1918-ci il martın 30-dan aprelin 2-nə kimi daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda minlərlə insanı qətlə yetirdiyi bildirilir.

Azərbaycan tarixçilərinin yazmasına görə, həmin vaxt Bakıda Təzəpir məscidi aramsız top atəşinə tutulub, memarlıq abidəsi "İsmailiyyə" binası yandırılıb.

Yerli əhaliyə qarşı hücumların Şamaxı, Quba və daha bir sıra bölgələrdə də davam etdiyi yazılır.

Həmin vaxt Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyan isə bu hadisələri bolşeviklərlə Müsavat başda olmaqla yerli millətçi qüvvələr arasındakı vətəndaş müharibəsi kimi təqdim etmişdi.

Bu hadisələrdən iki ay sonra yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) də mart hadisələrinə xüsusi diqqət yetirib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb.

Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərdə martın 31-ni (kütləvi qətllərin daha çox həmin gün törədildiyi deyilir) ümummilli matəm günü kimi qeyd edib.

Azərbaycanda sovet hakimiyyəti illərində (1920-1991) bu tarix qeyd olunmayıb.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən (1991) bir qədər sonra, 1998-ci ildə bu hadisə ilə bağlı dövlət başçısı fərman verib. Həmin fərmanda 1918-ci il martın 31-də baş verən hadisələr soyqırımı kimi dəyərləndirilir.

XS
SM
MD
LG