Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Ombudsmen Tatoyan Azərbaycanla sərhədin 'düzgün olmadığını' deyir


Beynəlxalq təşkilat erməni əsirlərin məhkəməsini tələb edir
Gözlə

No media source currently available

0:00 0:14:08 0:00

Beynəlxalq təşkilat erməni əsirlərin məhkəməsini tələb edir

Ermənistanda insan haqları ombudsmeni Arman Tatoyan deyib ki, Azərbaycan sərhədçilərinin Syunik və ya Geqarkunik kəndlərinin qonşuluğundakı yollarda yerləşdirilməsi düzgün deyil.

Tatoyanın bəyanatında deyilir ki, sərhədləri Sovet Ermənistanının və Sovet Azərbaycanının sərhədləri və ya 1970, 1980, 1940-cı illərin xəritələri və ya başqa xəritələr və GPS göstəriciləri ilə əsaslandırmaq olmaz.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə Tatoyan iddia edib ki, Ermənistan və Azərbaycan arasında suveren dövlətlər kimi heç vaxt demarkasiya və delimitasiya olmayıb, heç bu barədə hər hansı beynəlxalq sənəd də imzalanmayıb.

Ombudsmen deyib ki, Sovet İttifaqında bölgü iki suveren dövlət - Ermənistan və Azərbaycan arasında dövlət sərhədi kimi deyil, vahid suveren dövlətə - SSRİ-yə daxil olan iki subyekt arasında inzibati sərhəd kimi aparılmışdı.

İddialar və ittihamlar

Ziddiyyətli mülahizələrini davam etdirən Tatoyan sual edib ki, onda niyə 1920-ci illərin sərhədləri əsas götürülmür (Tatoyan yanlışlığa yol verir, çünki 1920-ci illərdə Azərbaycan və Ermənistan SSRİ-yə yox, 1922-1936-cı illərdə Zaqafqaziya Federativ Sovet Sosialist Respublikasına daxil idilər – red).

Ermənistan ombudsmeninin sözlərinə görə, dövlət sərhədlərinin müəyyənləşdirilməsi zamanı Birinci Ermənistan Respublikasının sərhədləri və xəritəsi nəzərə alınmaya bilməz (Birinci Ermənistan Respublikasının xəritəsi demək olar bütün qonşulara ərazi iddialarını ehtiva edirdi və nə həmin qonşular tərəfindən qəbul olunmuş, nə də beynəlxalq səviyyədə tanınmışdı – red).

Ermənistanlı fəal: 'Erməni xalqı dəyişib, daha düşmənçilik istəmir'
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Tatoyan deyib ki, hazırda sərhəd boyunca Azərbaycan sərhədçilərinin yerləşdirilməsi “real müharibə hədəsi və Azərbaycanın soyqırım siyasəti” şəraitində baş verib:

“Dövlət sərhədlərinin müəyyənləşdirilməsi sərhədyanı sakinlərin normal həyatını, dövlət vətəndaşının hüquq və qanuni maraqlarını, o cümlədən onların həyat və fiziki təhlükəsizliyini, öz torpağından, su resurslarından və örüş yerlərindən istifadəsini pozmamalıdır”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG