Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:57

Moldova prezidenti moskvayönlü parlamenti buraxmaq istəyir


Maya Sandu
Maya Sandu

Moldova prezidenti Maya Sandu deyib ki, o parlamentin buraxılması və erkən parlament seçkisinin çağırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

O martın 30-da jurnalistlərə deyib:

“Mən konstitusiya qanunu üzrə ekspertləri xoşlayıram, inanıram ki, parlamentin buraxılması üçün hüquqi şərait tələbləri yerinə yetirilib”.

Bundan əvvəl rusiyayönlü sosialistlərin çoxluğa malik olduqları parlament qərbyönümlü prezidentin baş nazir vəzifəsinə verdiyi iki namizədi rədd etmişdi.

Fevralın 11-də millət vəkilləri Sandunun ilk seçimini – keçmiş maliyyə naziri Nataliya Qavrilitanın baş nazirliyə namizədliyini rədd etmişdilər.

Moskvayönlü Dodon seçkidən niyə qorxur?

Moldova konstitusiyasına görə parlament prezidentin baş nazir vəzifəsinə ikinci namizədini 45 gün ərzində təsdiqləməsə, prezident parlamentin buraxılması və qəfil seçkinin keçirilməsini istəyə bilər.

Prezident yeni hökumətin tərtibi də üç ay müddəyində bloklanarsa eyni addımı atmaq hüququna malikdir.

Belarus prezidenti Alyaksandr Lukaşenka (solda), Moldovanın keçmiş prezidenti İqor Dodon (ortada) və Vladimir Putin 2-018-ci ildə Sankt Peterburqda
Belarus prezidenti Alyaksandr Lukaşenka (solda), Moldovanın keçmiş prezidenti İqor Dodon (ortada) və Vladimir Putin 2-018-ci ildə Sankt Peterburqda

Sandu martın 30-da keçirdiyi mətbuat konfransında parlamenti bir daha sərt tənqid edib və deyib ki, “bu parlamentdə ölkəni yoxsullaşdıran korrupsiyalı millət vəkilləri oturublar”.

Bundan əvvəl prezident Moskva təəssübü çəkən parlamentin baş nazir vəzifəsinə iki namizədini rədd edib.

Sandunun bu bəyanatından sonra, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan keçmiş prezident və Sosialist Partiyasının lideri İqor Dodon deyib ki, onun partiyası pandemiya şəraitində seçki keçirilməməsi üçün “imkanındakı bütün hüquqi vasitələrdən” istifadə edəcək.

İkiyə bölünmüş ölkə

Dünya Bankının keçmiş məsləhətçisi, ABŞ təhsilli Sandu Dodonu 2020-ci ilin prezident seçkisində məğlub edib.

O vaxt Sandu demişdi ki, ölkənin iliyinə işləmiş korrupsiya ilə mübarizə aparacaq və Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdıracaq.

Sandu dəfələrlə bəyan edib ki, o 101 mandatlı parlamentin işlək vəziyyətə gətirilməsi üçün qəfil seçki keçirilməsini istəyir.

3.5 milyon nəfər əhalisi olan Moldova dünyanın ən yoxsul ölkələrindən biridir və rusiyayönlülərlə avropayönlülüər arasında ikiyə bölünüb.

Moldovanın Rusiya ilə ortaq sərhədi yoxdur. Buna baxmayaraq Moskva buradakı Dnestryanı vilayətində donmuş münaqişə yaradıb və silah anbarını qorumaq bəhanəsi ilə burada qoşun saxlayır.

Sandu dəfələrlə ölkədəki Rusiya qoşunlarının çıxarılmasını tələb edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG